Arı və Kəpənək


Çəməndə bir kəpənək
Arını qoydu lağa:
- İynəsi iti, acı,
Qanadları lüt bacı!
Nəyə gedirsən bağa,
Gəl gedək oynamağa!
Cavab vermədi arı,
Getdi dağlara sarı.
İşlədi axşamacan
Pətəyə bal daşıdı.
Çiçəklərin şehindən
Qanadları yaş idi.
Gördü xallı kəpənək
Arının inadını,
Çiçəklərin içində
           Gizlətdi qanadını.           
(Zahid Xəlil)


SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Yanvar 2026  »
BeÇaÇCaCŞBa
   1234
567891011
12131415161718
19202122232425
262728293031