Biz kimik?
 

Müstəqil fəaliyyət göstərən "Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi qeyri-hökümət uşaq təşkilatıdır. İctimai Birlik 29 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatından keçmişdir. (№ 1109-Q28-2731). Milli əxlaqi dəyərlərə sahib çıxan hərtərəfli inkişaf etmiş uğurlu nəsil yetişdirmək istəyi bizi "Pətək” İctimai Birliyini yaratmağa sövq etdi.

Missiyamız:

Tərbiyə işi mədəniyyətinin təkmilləşdirilməsi və cəmiyyətdə tətbiqi.

Məqsədimiz:

Uşaqlarımızı hərtərəfli inkişaf etmiş, cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirmək.

Dəyərlərimiz:

1.     Vətənə məhəbbət və dəyərlərinə sadiqlik.

2.     Milli və əxlaqi dəyərlərə riayət.

3.     Ailə və onun qorunmasının vacibliyi.

4.     Tərbiyə-gələcəyimiz olan uşaqların haqqıdır.

Prinsiplərimiz:

1.     Eyni prinsipləri paylaşan hər kəslə əməkdaşlıq.

2.     İşdə kollektivçillik.

3.     Uşaqların tərbiyəsinə yaradıcı, yenilikçi yanaşma.

4.     Tərbiyədə uşaqlara heç bir fərq qoymadan eyni münasibət bəsləmə.

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Mart 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031