Sualları cavablandırır 12 saylı Uşaq Poliklinikasının loqopedi

                               Naidə Məmmədxanlı


Отвечает логопед Наида Мамедханлы

Salam menim oglum 2yas 2ayliqdi.ancaq hecne demir.adi sozleri belw demir.sadece oz dilinde daniwir.sozleri bawa duwmesi de zeifdi.qulagini yoxlatmiwiq tam normaldi.qohum nigahidi bizde.oda naraht edir bizi.hemde travmayla dogulub.bize ne mealehet gorerdiniz.loqopede aparmaq yoxsa bawqa bor wey.xaiw edirem cvblandirasiniz.
Cox sagolun

 

   Salam ilk novbede uwagi mutleq uwaq nevrapatoloquna aparin. Bu1. 2cisi travmayla dogulma, qan qohumlugu bu da nitq qusurlarini yaradan sebeblerden biridir. Amma bu uwaqin nitqinde her hansi bir problemi olmasi barede demek tez dir. Ona gore de nevrapatoloqun reyi vacibdir. Men ancaq onun reyinden sonra size oz sozumu deye bilerem. Amma yaxwi olardi ki ona eyani olaraq Loqoped baxsin.

 
 
  •  

 

Salam, qızımın 7 yaşı var, bəzi sözləri dilin ucunda deyir,(məsələm danışanda bəzi sözləri "ş" hərfi kimi çıxır).Bilmək istəyirəm bu gələcəkdə uşağın danışıq tərzinə   təsir edəcəkmi, nəyi məsləhət görürsünüz.Təşəkkür edirəm.

 

  Meslehetdir ki onu loqopede gosteresiniz. Eger uwagin nitqinde sade de olsa qusur varsa tebii ki bu gelecekde onun daniwigina tesirsiz qalmayacaq. 7 yaw oldugu halda eger siz onda yeni nitqinde problem gorursunuzsa loqopede muraciet etmeyiniz mutleqdir.

 

 Övladım 2 yas yarimliqdir amma deqiq dediyi bir-iki soz var,ne etmeliyik? Esitmesinde problem yoxdur,bir de menasiz cumleler sozler isledir,bir sey isteyende adini demeyi teleb edirem eseblesir aglayir istemir daha

 

 Salam. İlk öncə övladınızı loqopedə və uşaq nevropotoloquna aparmanız mütləqdir. Daha sonra məsləhətdir ki, uşağı bağçaya qoyasınız.

 

 

Salam DR/ Down sendromlu   ushaglarda dil danishma güsurları ıle meşgul olursunuz mu ve ne geder faydalı ola bıler loqoped mualıcesı bu durumda?



 Salam. Uşağınız xüsusi reabilitasiya mərkızlırində təlim almalıdır. Həmçinin bu cür mərkəzlərdəki loqoped məşğələlərinə getməsi də vacibdir. Uşaqla reablitasiya nə qədər tez başlayarsa o qədər faydalı olar.

 

Salam, mənim qızımın 2 aydan sonra 4 yaşı olacaq. "R"  və "L" səslərini  tələffüz edə bilmir. Loqopedlə bu yaşda məşğul olmaq tez olmaz?

 

Salam. Loqoped məşğələlərinə başlaya bilərsiniz. Əlavə olaraq da evdə loqopedik gimnastika ilə də məşğul ola bilərsiniz.Bunu necə etmənizi  sizə loqopediniz izah edəcək.

 

______________________________________________________________________________________________________________________________________________

 

Salam mənim qızımın 12 yaşı var, amma hələ də nitqində problem var. Çox vaxt elə danışır ki, (sanki dili dolaşır) onu heç mən də başa düşə bilmirəm.Qarmaqarışıq və tez deyir sözləri.Mən nə edə bilərəm?

 

Salam xanım. Qızınıza durğu işarələrinə diqqət edərək yüksək səslə kitab oxutdurun. Sözləri hecalayın (dər-sə ge-dən u-şaq və s.). Loqoped konsultasiyası da mütləq lazımdır.

 

_______________________________________________________________________________________________________________________________________________________

 

 
Salam, mənim uşağım "r” hərfini deyə bilmir. Onun loqoped yanına getməsi vacibdirmi?                       

                                                                    Məmmədova Səbinə, Bakı ş.

       Uşağınız 4 yaşından sonra da "R” hərfini tələffüz etməsə loqopedə müraciət etmək məsləhətdir.

__________________________________________________________________________________________________________________________________

 Моему сыну 5,5 лет.У него большой промежуток между зубами.Мы ходили к логопеду.А сейчас у него выпали 2-а передних верхних зуба и промежуток между зубами стал огромным.Можем ли мы продолжать посещать логопеда или нужно подождать пока вырастут зубы? Спасибо! 

 

Смотря, над какими звуками вы собираетесь работать. Отсутствие верхних резцов может повлиять на произношение звуков В, Ф, свистящих, постановку звука Л. Можно работать над шипящими и Р. 

 

________________________________________________________________________________________________________________________________________________________________

 

   Mənim uşağım bir çox hərfləri düzgün tələffüz etmir. Bu ailədə iki dil olduğundan ola bilər?                        

                                                                    Əsgərova Məlahət, Bakı ş.

-           Bəli, bu səs təhriflərinin əsas faktorlarından biridir.

_____________________________________________________________________________________________________________________________________

    Salam, mənim qızım 2 yaş yeddi aylıqdır. Normal danışmağa başlayıb. Amma bir aydır ki, nənə sözünü nə-nə-nə deyir. Başqa sözləri də bu cür deməyə başlayıb. Uşaq göy gurultusundan qorxub. Mən nə etməliyəm ki, bunun qarşısını alım?

                                                                           Salamova Səidə, Gəncə ş.

 

-              Ola bilər ki, uşağınız qorxduqdan sonra kəkələməyə başlayır. Ona görə siz dərhal onu uşaq nevrapatoluquna aparmalısınız.

____________________________________________________________________________________________________________________________________


В каком возрасте ребенок начинает говорить букву "Р"?  Стоит ли беспокоиться, если в семье есть члены с подобного рода нарушением?

 

Звук Р является одним из самых сложных по произношению.Поэтому дети начинают правильно произносить его позже других звуков. Обычно это происходит к 5 годам. Если Вашему ребенку уже больше пяти лет, и он все еще не произносит этот звук, Вам лучше показать малыша логопеду. Если в Вашей семье есть человек с дефектами речи, существует вероятность, что у ребенка проявятся такие же дефекты, особенно, если с этим родственником ребенок общается чаще, чем с другими. Развитие речи детей происходит в процессе подражания взрослым, и по наследству (генетически)такие нарушения не передаются.

_________________________________________________________________________________________________________________________________________________________________

 

  Uşaq bir yaşı tamam olduqdan sonra nə qədər söz bilməlidir?

                                                             Həsənli Samirə, Bakı ş.

-            Uşağın 1 yaş 6 ayından sonra söz ehtiyatı 10-15 kəlimədən ibarət olmalıdır.

____________________________________________________________________________________________________________________________________

      Uşaq neçə yaşından loqoped məşğələsinə gedə bilər?

                                                           Rüstəmova Sevinc, Bakı ş.

-          Əgər uşağda ağır nitq qüsuru varsa 3.6 yaşından başlayaraq loqoped məşğələlərinə gedə bilər. Nitqində səs təhrifləri olan uşaqlar isə 4 yaşından etibarən        

    loqoped məşğələlərinə başlaya bilərlər.

__________________________________________________________________________________________________________________________________

__

 

 Mənim uşağımın 3 yaşı var, o hələ də danışmır. Bu nə ilə əlaqədar ola bilər?      

                                                       Quliyeva Sevda, Mingəçevir ş.

-            Bu  uşağınızın sinir sistemində olan ciddi problemlə yaxud onun eşitməsilə əlaqəli ola bilər. Ona görə mən məsləhət görərdim ki, siz ilk növbədə nevropotoloqa və uşağın eşitmə qabiliyyətini yoxlamaq üçün otolorinqoloqa müraciət edəsiniz.

__________________________________________________________________________________________________________________________________________________________________

 

  Mənim uşağım yaxşı danışa bilmir. Ətrafdakılarla pis münasibət qurur. Onun özünü bu cür aparması pis danışmasından ola bilər?

                                                                          Əliyeva Sülhanə, Bakı ş.

     Bəli, ola bilər. Məsləhətdir ki, onu loqoped və psixoloq müayinəsinə aparasınız.

___________________________________________________________________________________________________________________________________

 

  Salam, mənim qızımın danışığında problem var. Bu valideynlərin münasibətlərinin pis olmasından ola bilər?                                    

                                                                         Abdulova Samirə, Bakı ş.

-              Bəli, ailədə olan psixoloji gərginlik onun sinir sisteminə mənfi təsir göstərib özünü bu formada biruzə verə bilər.

________________________________________________________________________________________________________________________________________________________________

 

    Mənim uşağım kəkələyir. Nevropotoloq alınan müalicədən sonra loqopedik məşğələ keçməyi məsləhət görür. Amma mən istərdim ki, uşağın müalicəsi məşğələ ilə paralel aparılsın. Bu mümkündürmü?

                                                                                 Osmanova Cəmilə, Bakı ş.

-               Bəzi hallarda bu mümkündür. Amma əgər nevropotoloq məşğələni müalicədən sonra aparmağı məsləhət görübsə, ona əməl etmək lazımdır.

 

                                                    

 

                                                                                                                          1  2  3  4  5

              

Göndərənin E-maili:
Mövzu:
Loqopedə sualınız *:

 

       

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Mart 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031