Bir çox valideynlər istəyirlər ki övladları cəmiyyət içində ən nümunəvi uşaqlar kimi davransınlar. Təəssüf ki, uşaqlarından bunu tələb edən valideynlər onların evdəki pis davranışlarını görməzdən gəlirlər. Əziz valideynlər, uşaqlarınızdan hər zaman, hər yerdə yaxşı davranış gözləyirsinizsə, siz onlara hər zaman, hər yerdə yaxşı nümunə olmalısınız. İndi bəhs edəcəyimiz hadisə buna çox gözəl nümunədir: Bir alış – veriş mərkəzindəki liftin içində 4 nəfər idik. Bir ana və 10 yaşındakı oğlu da liftə mindilər. Ana birinci mərtəbəyə enmək üçün düyməni basdı, onun arxasınca oğlu da liftin bütün düymələrini basmağa başladı. Anası oğlunun əlindən vurub, “ Nə olub sənə, niyə belə edirsən?” - deyərək onu danladı. Təbii ki, uşaq hər kəsin içində bu cür danlandığı üçün çox utandı və başını aşağı salıb dayandı. Qadının da oğlunun hərəkətinə görə utandığını hiss etdim.Halbuki, ana liftə minərkən heç birimizdən neçənci mərtəbəyə getdiyimizi sorusmadan özünə lazım olan düyməni basmışdı. Əziz valideynlər, gəlin unutmayaq ki, biz nə ediriksə, uşaqlarımız da zaman-zaman onu təkrarlayırlar.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930