Valideynlər uşaqdan nə istəyirlər?
Bu sualın cavabı əslində çox sadə və illər ötsə də, dəyişməyən bir cavabdır."Nə istəyəcəyik, təbii ki, onun yaxşılığını, yaxşı bir həyat yaşamasını istəyirik".
Əslində bu mövzu ilə bağlı bütün suallar və cavablar məhz bu cümlənin içində gizlənir. Biz valideynlər onlara yaxşılıq etdiyimizi düşünərək, özümüzün edə bilmədiklərimizi uşaqlarımızda görmək istəyirik. Uşaqlarınıza gələcək qurmayın, onların öz gələcəklərinin memarı olmasına kömək edin. Yəqin ki, indi sadalayacağımız xüsusiyyətlər bir çox valideynlərə tanış gələcək :
Valideynlərin gözündə ideal uşaq modeli :
Müasir dövrdə valideynlər özlərinin həyata keçirə bilmədiyi arzularını, uşaqlarında görmək istəyər və ya özlərində olmayan bacarıqların uşaqlarında olması üçün əllərindən gələn hər şeyi etməyə çalışarlar.
Hər şey övladım üçün!
Valideynlərin ən çox işlətdikləri cümlələrdən biri: Nə edirəmsə onun yaxşılığı üçün edirəm. Valideynlər əsasən uşaqların daha bilikli və zəki olmasını istəyərlər. Bunun üçün isə inadla daim onlardan oxumaq tələb edərlər. Nəticədə uşaq bilikli ola bilər, zəkalı da ola bilər. Bəs sağlam ola bilərmi ? Biraz bu haqda düşünmək lazımdır, əziz valideynlər.
Valideyn olaraq hamı uşaqlarına yaxşı bir həyat arzulayır, bunu isə öz arzularımızla deyil, uşağın öz bacarıq və arzuları ilə etməliyik.
Bir nümunəyə baxaq :
Əli : Ata, mən qarmon çalmaq istəyirəm
Ata : Nə ? Qarmon? Otur oturduğun yerdə. Qarmonu neynirsən, dərslərini yaxşı oxu, sən həkim olacaqsan.
Nəticə : Bəlkə də cox istedadlı bir qarmon ifaçısı ola bilərdi. Lakin uşağın musiqi istedadının kəşf edilməməsi nəticəsində o universiteti bitirər, amma valideynlərinin arzuladığı həkim diplomunu heç vaxt işlətməz.
İndi biraz düşünək hansı daha yaxşıdı, sizcə əziz valideynlər?
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Oktyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |