Uşaqlarda davranış pozuntuları və onların səbəbləri.

               Uşağa lazım olan sevgi və qayğı göstərilmədiyində, yaxud yetərli zaman ayrılmadığında onda  diqqəti cəlb etmək üçün davranış pozuntusu yaranır. Buna valideynlərə qarşı güc qazanma, intiqam almaq istəyi səbəb olur. Əsasən də sevgi göstərilməyən uşaqlarda davranış pozuntuları müşahidə olunur.

Həddən artiq avtoritar və təzyiqli münasibət, qatı qayda qanun ana-ataya qarşı hirs və nifrət hisslərinin yaranmasına səbəb olur.

Davranış pozuntusu olan uşaqlarla necə münasibət qurmalı və bu problemi necə aradan qaldırmalı?

1. Qarşılıqlı hörmət: Acılamaq, qışqırmaq, vurmaq, susdurmaq, səbirsiz davranmaq uşağa hörmətsizliyin göstəricisidir. Hər bir ana-ata uşaqlarına hörmət etməyi öyrənməlidir. Hər uşaq ayrı bir fərd olaraq ələ alınıb, bu və ya digər məsələlərdə onların da fikirləri soruşulmalı və düşüncələrinə hörmət bəslənilməlidir.

2. Uşağa zaman ayırmaq: Uşaqla maraqlanmaq, ona yetrincə zaman ayırmaq lazımdır. Birlikdə keçiriləcək vaxt kəmiyyət deyil, keyfiyyət baxımından önəmlidir. Onunla birgə oyun oynamaq, gəzintiyə çıxmaq, müxtəlif rəsmlər çəkmək və s. kimi uşağın  xoşlanacağı  işlər görülə bilər

3. Cəsarətləndirmə: Uşağın özünə inanmasını istəyiriksə  əvvəlcə biz valideynlər onlara inanmalıyıq. Uşağın bir şey etmə istəyini tərifləməli və onu  ürəkləndirməliyik. Cəsarətləndirmə uşağın özünü dəyərli qəbul edə bilməsi və onun lazımlı bir şəxs olduğunu  bilməsi üçün  cox önəmlidir. Cəsarətləndirmə uşağı olduğu kimi qəbul edib, özü olduğu üçün dəyər verilməsidir.

4. Sevgini deyə bilmək: Uşağın özünü güvənli hiss edə bilməsi üçün, ən azından sevildiyini bilməsi və sevməsi lazımdır. Buna görə də övladlarınızı gün ərzində bir neçə dəfə qucaqlayıb, onu çox sevdiyinizi mütləq söyləyin. İnanın ki, bu uşaqlar üçün ən bahalı oyuncaqdan daha önəmli və dəyərlidir..

 

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2024  »
BeÇaÇCaCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031