Övladım niyə sərbəst dərs oxumaq istəmir?....

            Azər 7 yaşındadır. Məktəbə yeni başlayıb. Hər gün dərsdən gəldikdən sonra bir az dincəlib, dərslərini etməlidir. Lakin o, dərs çalışmaq istəyəndə anası gəlib başının üstündə dayanar, müəllimin verdiyi tapşırıqlara baxar, uşağın yazdığı hər hərfi yoxlayar, səhvlərini düzəldərdi. Bu, bir neçə ay belə davam edir. Artıq Azər davamlı olaraq bütün tapşırıqlarını anası ilə edir. Lakin bir neçə aydan sonra ana qərar verir ki, Azər tapşırıqlarını  təkbaşına etməlidir. Oğlu etiraz etsə də, anası tapşırıq edən zaman onu yalnız buraxır. Lakin günlər keçsə də Azər müstəqil olaraq dərslərini hazırlaya bilmir ki bilmir...

 

                Yəqin ki, bu hadisə bir çox valideynlərə, xüsusilə də övladı  1-ci sinifdə oxuyan valideynlərə tanış gələr. Bəli, əksər valideynlər şikayətlənirlər ki, uşaqlar tapşırıqları təkbaşına edə bilmirlər. Təbii ki, bunun da bir çox səbəbləri var:

  • Məktəbə yeni başlayan uşaqların valideynləri ev tapşırıqları ilə bağlı məsuliyyəti  öz üzərinə götürməsi
  • Valideynlərin uşaqlardan çox şey gözləməsi
  • Uşaqların zəka səviyyəsini nəzərə alıb, olduğu kimi qəbul etmək əvəzinə, onu başqa uşaqlarla müqayisə etmək və s.

Azərin anası kimi bir çox valideynlər uşaqların etdikləri bütün tapşırıqları yoxlayır, səhvləri düzəldir və uşağın bütün tapşırıqlarının nöqsansız, mükəmməl olmasını istəyirlər. Ancaq unutmaq olmaz ki, səhvlərlə işləyib onları düzəltmək məktəbin, müəllimin vəzifəsidir.  Valideynlər bilməlidir ki, uşağın ev tapşırığında etdiyi hər hansı bir səhvlə məktəbə getməsi dünyanın sonu deyildir. Əgər uşağınız təkbaşına tapşırığını edən zaman səhvə yol veribsə, imkan verin məktəbdə müəllimi ona bu səhvi daha yaxşı başa salsın. Beləliklə də uşaq öz səhvini başa düşüb nəticə çıxarar. Eyni zamanda məsuliyyətin altına siz yox, uşaq girmiş olar.

       Əziz valideynlər, uşaqlarınıza dərslərində kömək edin,  ancaq bütün məsuliyyəti öz üzərinizə götürməyin. Əks təqdirdə gələcəkdə uşağınızın məsuliyyətsiz davranışları ilə  qarşılaşacaqsınız.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Mart 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031