Uşaqlar üçün nizam-intizamın önəmi.
Nizam-intizam qaydaları təkcə uşaqlarda deyil, bizdə də ozünəhörmət və özünəgüvən hissini artırır. Özünəinam hissi yaratmaq üçün uşağın qarşısına yaradıcı tapşırıqlar qoymaq, məqsədə çatması üçün dəstək olmaq, kiçik uğurlarını qeyd etmək və tərifləmək lazımdır.Valideynin köməyi olmadan müəyyən çətinliyi aradan qaldırdıqda uşaqlarda özgüvən hissi artır və onlar özlərini daha sərbəst və müstəqil hiss etməyə başlayırlar. Müəyyən bir işi müstəqil görmə bacarığı yaşamaq uğrunda mübarizə mexanizmini işə salır, uşağın böyüməsini və özünü təsdiq hissini artırır. Beləliklə uşağın ərköyünlüyü tədricən aradan qaldırılır.Əgər uşağın istəyi sizin maddi vəziyyətinizə və həyat tərzinizə uyğun deyilsə siz onun diqqətini müdrikcəsinə başqa istiqamətə yönəltməyə çalışın.
Uşaq tərbiyəsində qaydaların və məhdudiyyətlərin qoyulması çox vacibdir.Özbaşınalıq uşağın emosional inkişafına çox mane olur, həmçinin usaqda həmişə özünün haqlı olması hissini yaradır. Bu da zamanla eqoistlik və ozünü bəyənmə hissi yaradır. Belə mənfi xüsusiyyətlərə xas olan uşaq gələcəkdə də öz yaşıdları ilə konfliktlər yaşayır, müəllimlərlə ümumi dil tapa bilmir, qrup işlərində uğur qazanmır.
Belə uşaqların adətən dostları olmur, onlar tənhalığa məhkum olurlar.
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Oktyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |