LİMON
Limon- ətri və gozəlliyi ilə hər birimizin sevdiyi sitrus meyvəsidir. Limonun faydalı xüsusiyyətlərini öyrənməklə, sağlamlığımızla bağlı bir çox problemləri həll etmiş olarıq. Limon sizə xəstəliklərinizdən xilas olmağa, yeni xəstəliklərin qarşısını almağa kömək edər. Limon C vitamini mənbəyidir. Təkibində həmçinin üzvi turşular, saxaridlər, B, P, A qrup vitaminləri, pektin, kalium,kalsium, fosfor, dəmir, maqnium duzları var. Limonun ətirli qabıgı efir yağı ilə zəngindir. Limonun faydalı xüsusiyyərləri bizim sağlamlığımızda boyük rol oynayır:
- Orqanizmi toksinlərdən təmizləyir, həzmə kömək edir.
- Ürək döyüntüsünü tənzimləyir.
- İshalı kəsir.
- Qanı təmizləyir.
- Limonu doğrayıb kişmişlə bərabər qaynatmaq və balla qarışdırıb qəbul etmək qan azlığına kömək edir.
- Burun qanaması zamanı buruna çəkilir.
- Öskürək zamanı limon qabıqlı şəkildə nanə ilə qaynadılıb balla qarışdırılaraq içilir.
- Qəhvə içməzdən əvvəl limonlu su içmək qəhvənin zərərini aradan qaldırır.
- Limon suyu ilə ağızı yaxalamaq ağızdan gələn pis qoxunu aparır.
- Limonun qabığı dəri xərçənginə qarşı güclü vasitədir.
- Səhərlər bir fincan ilıq limonlu su qəbul etmək arıqlamağa kömək edir, kofein ehtiyacını azaldır, sinir sistemini sakitləşdirir, bədənə enerji verir.
- Qaraciyəri təmizləyir.
- Limon qabığı dişləri ağardır, diş ətini möhkəmlədir.
- Limon suyu dəridəki ləkələrə və civzələrə kömək edir.
- Boğaz ağrılarında limon suyu ilə qarqara etmək olar.
Qeyd: Çox limon yemək təzyiqin aşağı düşməsinə və diş ətinin qanamasına səbəb ola bilər.
Hazırladı: Aytən Ömərova
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Oktyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |