Sualları cavablandırır "Pətək" İB-nin psixoloqu Şəhla Hilalqızı
Salam.Mənim oğlumun 10 yaşı var.O,yatdığı zaman onu durğuzanda (öz
yerinə qoymaq üçün)qəribə hallar keçirir.Məni qucaqlayıb qışqırır.I dəfə
komputer oyununa reaksiya verdi ki, mən öldürürəm o ölmür,mən komputeri
qadağan etdim.II dəfə qolu vururam qapıdan keçmir deyə,daha sonra
şahmat oyunu oynadi qışqırır ki atı qoyuram getmir və gözlərini açmaq
istəmir özünə gəldiyi zaman isə heç nəyi xatırlamır.Bu nədən ola
bilər.Bu hallar ancaq onu oyadan zaman baş verir.
________________________________________________________________________________________________________________________________________
assalam aleykuma shehla xanum.Saytinizla tanis oldum.maraqli
saytdir.size bir sual verim,usaqlardan biri ders oxumag istemir.ancaq
rəsm cekmeyi xoslayir,onu nece derse oxumaga heveslendirmek olar?
_________________________________________________________________________________________________________________________________
Salam saytınızla bu gun tanış oldum cox da xosuma gəldi.Sizə işinizdə
uğurlar arzulayıram.Mən evdə 3 oğlumla "dərs oxu" problemi
yaşayıram.Onları dərs oxumağa meylləndirə bilmirəm.Mən dəməsəm
oxumazlar.Xahiş edirəm məsləhətinizi əsirgəməyin.Təşəkkürlər
Salam. Sualınıza cavabı bu məqalədən ətraflı oxuya bilərsiniz.
http://www.petek.az/index/ders_oxumaq_istemirem/0-289
________________________________________________________________________________________________________________________________
Uşağın məktəbə
hazırlığını aydınlaşdırmaq üçün xüsusi testdən keçməsi lazımdırmı?
Salayeva Əminə, Bakı ş.
Lazım
deyil.Adətən uşaqlar 6-7yaşında məktəbə gedirlər.Əgər bu zamana qədər
uşaq bağçaya gedibsə, artıq məktəbə hazır olmalıdır.
Əgər hansısa tərəddüdlər və ya uşağın özünü aparmasında ehtiyat ediləcək məsələlər varsa, o zaman müraciət etmək olar.
______________________________________________________________________________________________________________________________________________
Bir il əvvəl
mən həyat yoldaşımı itirdim.İki oğlum var,6 və 10 yaşlarında. Mən bilirəm ki,
yaxşı anayam, lakin onlara atalarını necə əvəz edə bilərəm?
Süleymanova Aytən, Sumqayıt ş.
Böyük Yaradan
sizi güc və səbrlə mükafatlandırar.Əlbəttə yaxşı olar ki, başadüşən, həssas bir
insanla ailə qurasınız.Əgər hələlik bu mümkün deyilsə o zaman uşaqlarınız atalarının kişi qohumları- baba,
əmilərlə tez-tez görüşsünlər. Beləliklə onların qarşısında təqlid edilməli kişi
obrazı olacaq. Qadın bütün arzularına rəğmən kişi ola bilməz və atanı
əvəz edə bilməz. Həmçinin yaxşı olardı ki, uşaqların məktəbdə müəllimləri( və
ya müəllimi) kişi olsun və uşaqlar da ondan örnək ala bilsinlər. Əgər bu da alınmırsa,oğlanrınızla məsləhətləşib onları
sevdikləri bir idman növünə yazın. Çox hallarda oğlanlar üçün məşqçilər
təqliq etalonuna çevrilirlər.
_______________________________________________________________________________________________________________________________________________
Если я принимаю ребенка, так как есть, значить ли это, что я не должна никогда на него сердиться?
Рена Алиева, Баку.
Нет не значит. Скрывать и тем более копить свои негативные
чувства ни в коем случае нельзя. Их надо выражать особым образом. Можно обсуждать действия ребенка, но не его чувства, какими бы
нежелательными или «непозволительными» они не были. Раз они у него
возникли, значит, для этого есть основания.
_____________________________________________________________________________________________________________________________________________
Uşaq gecələr
yerini isladır.Bu valideynin hər hansı bir səhvindən baş verə bilərmi?
Şəfiyeva Sənubər, Bakı ş.
Məktəbəqədər
yaşlarda bu normal fizioloji haldır və uşağın hələ özünü saxlaya
bilməməsi ilə bağlıdır.Əgər uşaq bir müddət etməyib və sonra birdən yenidən
islatmağa başlayarsa bu halda artıq hansısa psixoloji faktordan danışmaq
olar (məs.stress,müxtəlif qorxular). Həmçinin də güman ki, bu hala
hansısa xəstəlik səbəb ola bilər(məs.soyuqdəymə və s.).
_____________________________________________________________________________________________________________________________________________
Как уложить ребенка спать?
Сева Ахмедова. Баку.
Чтобы
легко просыпаться утром, ребенок должен спать не меньше 10 часов,
но уложить чадо в кроватку не всегда просто.Родителям нужно запомнить простые правила.
Переход ко сну должен стать чередой приятных ритуалов, совершающихся
в одно и то же время. Стакан теплого молока, добрая сказка, и мягкая игрушка помогут малышу быстрее заснуть.
______________________________________________________________________________________________________________________________________________________
Atanın hər
zaman özünü göstərməsi, tez-tez "mən sənin yaşında artıq bunu
edirdim,çox oxuyurdum və "mümkün deyil” sözünü bilmirdim” deməsi,
uşağı belə üsulla tənbəllikdə məzəmmət etməsi düzgündürmü?
Tapdıqova Ceyhunə, Bakı ş.
Təbii ki,
olmaz, əksinə bu uşağa ziyan gətirə bilər. Hər bir uşağa individual
yanaşmaq lazımdır. Belə müqayisə ilə onun özünə güvənini itirə və təhqir
olunmuş vəziyyətə çatdıra bilərik
Mən öz altı
yaşlı oğlumu çox sevirəm. Indi mən işsizəm, buna görə əsəb keçirirəm və daima
oğluma qışqırır, bəzən əl qaldırır, bir sözlə əsəbimi onda sakitləşdirirəm.
Yusifova Aysel, Bakı ş.
Uşağın üstünə
səsinizi qalldırmaq, hətta vurmaq heç bir halda olmaz. İnşAllah tezliklə
iş taparsınız, hər şey qaydasında olar, hər bir halda özünüzə
belə vəziiyyəti rəva görməyin. Bir də ki, uşaq Allahın bizə əmanətidir. Asudə
vaxtınızı bir müddət iş axtarmaqdan başqa istiqamətə yönəldin, köməyi olar.
______________________________________________________________________________________________________________________________________________
Mən hər zaman
uşağımın istənilən arzusunu yerinə yetirməyə çalışıram, lakin o tez-tez
əsəbiləşir və kaprizləri olur.
Kərimova Günel, Bakı ş.
Bəzən uşağa
"yox” demək labüddür. Onların hər şıltaqlıqlarını, arzularını yerinə
yetirmək doğru deyil.Beləliklə biz onların nəyəsə olan zövqlərini almış olarıq,
onları doydurulmuş vəziyyətə gətirmiş olarıq, lakin mühümdür ki, uşaqlar kiçik
yaşlarından özlərində olanı qiymətləndirməyi bacarsınlar. Axı həyatda həmişə
elə olmur ki, sizin istək və arzunuz yerinə yetirilsin. Bir gün belə faktla
qarşılaşan oğlunuz, bərk məyus ola bilər.
______________________________________________________________________________________________________________________________________________
Bizim 5 yaşlı
oğlumuz mağazalarda isterik hallar keçirir, "onu al, bunu al” tələbləri
edir. Biz də onun dediklərini almaq məcburiyyətində qalırıq, əks halda
insaların yanında utanırıq.
Əliyeva Kəmalə, Gəncə ş.
Çalışın
mağazada özünü aparmaq qaydalarını oğlunuza aydın şəkildə izah edin, alınacaq malların
siyahıısını tutun və uşağınıza hər hansı bir oyuncaq və ya şirniyyat almağa söz
verin. Əgər uşağınız mağazada özünü pis apararsa, əhəmiyyət verməyin,
alış-verişinizi davam edin, lakin öncə onun yadına müqavilənizi salın. Əgər
uşağınız yerə uzanıb istədiyinin tələb edirsə, bəzən belə bir üsul da kömək
edir onu bir azacıq yerə sıxırsınız. Axı, o gözləyir ki, onu qaldıracaqsınız,
lakin gözlədiyi olmur, balaca alıcı çaşqın vəziyyətə düşür.
12 3