Sualları cavablandırır "Pətək" İB-nin psixoloqu Şəhla Hilalqızı
Подарили мы
Гасану на день рождения конструктор. Он обрадовался, сразу стал его
собирать. Через пять минут слышу: «Мам,
не получается, помоги». А я ему в ответ: «Ты что, маленький? Сам разбирайся».
Гасан погрустнел и скоро бросил конструктор. Так с тех пор к нему и не подходит.
В чем моя вина?
Если ребенку трудно и он готов принять вашу
помощь, обязательно помогите ему. Очень хорошо начать со слов «Давай вместе».
Эти волшебные слова открывают ребенку дверь в область новых умений, знаний и
увлечений. Но учтите не вмешивайтесь в дело, которым занят ребенок, если он не просит помощи.
Своим невмешательством вы будите сообщать ему: «С Тобой все в порядке! Ты
конечно, справишься!». Но если ребенок либо прямо просит о помощи, либо
жалуется, что у него «не выходит», «не получается», что он «не знает как», либо
вообще оставляет начатое дело после первых неудач. Любое из этих проявлений-
сигнал о том, что ему необходимо помощь.
Оставлять ребенка одного там где ему трудно, - грубая ошибка. Это значит не
учитывать основной психологический закон развития
______________________________________________________________________________________________________________________________________________
Salam,oglumun 7 yashi var,cox agillidi,amma dehshet
agressiv,soze baxmir hec cur,hec kimnen gorxmur,isteyir ki ancag onun
dediyi olsun,onuda deyim ki men cox ciddi anayam,tebiyyetce guru
insanam,oz ana ve atamla galirig,heyat yoldashim mene baxanda cox
mulayimdi,bu usagnan gerek ancag pishimpishimnen danishim,o da her defe
alinmir,1 degige oturmur,cavab gaytarir,mektebde elacidi,amma
nadincdir,hamiya satashir,ele bilir ki zarafatlashmagdi,cox gorxuram
geleceyine gore.cavaba gore minnetdaram
Ana-atalar əsasən uşaqların aqresssiv olduqlarını söyləyirlər.Uşaqların
bir yerdə durmadıqlarını,deyiləni dinləmədiklərini,dostları ilə
dalaşdığını,digər uşaqların oyuncaqlarını və əşyalarını əllərindən
aldığını,daim diqqətlərinin dağınıq olmasını söyləyirlər. Ana-atanın
"yaramaz" olaraq qeyd etdikləri bu uşaqlar DEAH ola
bilər. Bu, Diqqət Əskikliyi və Aşırı Hərəkət uşaqların yaşlarına
uyğun şəkildə diqqətini toplaya bilməməsi və həddən artıq
hərəkətli, aqressiv olmasıdır. Əgər qeyd etdiyiniz hallar artıq 6
aydan coxdursa DEAH ehtimalı yüksəkdir. Amma yenə də bütün bu
halların kökünü araşdırmaq lazımdır. Ailədə olan insanların bir
-birinə olan münasibətləri də uşaqlara yansımaqdadır.Qeyd etdiniz ki,
təbiətən quru insansınız,amma nə qədər belə olsanız da övladınızı
qucaqlayıb-öpməkdən,nəvazişinizdən,onu anlayıb, dinləməkdən uzaq
tutmayın.Gördüyü ən kiçik yaxşı bir əməli,davranışlarını davam etdirməsi
üçün cəsarətləndirin, iltifatlar edin, mükafatlandırın.Onun mənfi
davranışları qarşısında o dəqiqə hirslənməyin. Onu döymək kimi fiziki
şiddətdən qaçının. Uşağınızın çox hərəkətli və sağa-sola zərər verəcək
hala gəldiyi anlarda onun diqqətini fərqli yönlərə çəkməyə
çalışın. Övladınızı tez-tez enerjisini boşaldacağı geniş oyun
zallarına və ya parka aparın.Onunla oyun oynamaq üçün müəyyən vaxt ayırın.
Bir də ümumiyyətlə, uşağın halı ananın halından da çox asılı
olur. Çalışın özünüzü hər zaman enerjili ,səbrli olaraq, emosional halınızı saxlayasınız.Bu halı özünüzdə yarada bilməsəniz,övladınıza
kömək edə bilməyəcəksiniz.Əgər çətinlik çəkərsinizsə psixoloqa müraciət
etməyinizdə fayda vardır. Sizə uğurlar!
_______________________________________________________________________________________________________________________________________________
Qardaşlar bir-birilə dalaşmasınlar deyə nə edim?
Qardaşlar arasında olan qısqanclıq və rəqabətdən üzə çıxan dava-dalaşlardan çox ailələr narahat olmaqdadırlar.Bəzi uşaqlar qardaşlarını vuraraq onu sevmədiyini,ondan nifrət etdiyini söyləyirlər.Əslində uşağın bu davranışı bir yansıtmadır.Təsiri kiçik qardaşına qarşı deyil,ana-ataya qarşıdır.Bəzi uşaqlar da ana-atanın gözündən düşməmək və onların təqdirini qazanmaq üçün qardaşını sevmədiyi halda onu sevirmiş kimi göstərir.Uşaqlar arasında yaşanan qısqanclıq və dalaşmalarının artması da,azalması da ana-atanın əlindədir.Beləki,ana-ata sevgi və qayğılarını,maraqlarını uşaqlarına bərabər şəkildə verməlidirlər.Ana kiçik uşağa zaman ayırarkən,atanın da eyni zamanda digər uşaqla maraqlanması yerində bir davranış olacaqdır.Valideynlər uşaqlar arasında ayrıseçkilik etməməlidirlər,etsələr,qısqanclıq və rəqabət artacaqdır.Dalaşdıqları zaman və ya anlaşa bilmədikləri vaxtlar ana-ata hakim rolunda olmamalıdır.Məsələ əgər çox böyümüşsə, çətinləşmişsə müdaxilə edilməlidir."Kim başladı?"və s.kimi buna bənzər suallar verməyin.Çünki uşaqlar bir-birilərini suçlayaraq içindən çıxılması çətin bir problemin içinə sizi də çəkərlər.Tutaq ki,ortada paylaşılmayan bir top varsa,onu götürüb"Siz aranızdakı problemi çözənə qədər bu məndə qalacaq."deyərək onları çözümü aramağa təşviq edə bilərsiniz.Hə,onu da xatırladım ki,daim böyük uşaqlara"Sən böyüksən"şəklində yüklənilməsi düzgün deyil. Əsasən kiçik uşaqlar bundan istifadə edərək, dalaşarkən ağlayaraq analarının yanına qaçır və aralarındakı duyğularını istifadə edərək, digər qardaşlarını günahlandırmağa çalışırlar.Diqqət: TƏRƏF TUTMAYIN !
___________________________________________________________________________________________________________________________________
Salam aleykum.Uşağa dərsi ilə məşğul olmağı necə sevdirmək olar? Hərdən çox həvəssiz olur.
Ata - analar
uşaqlar dərslərini etmədiyi zaman narahat olurlar. Başlarının üstündə dayanıb
ev tapşırıqlarını məcburi şəkildə etdirirlər. Bəzən uşaqları oyun oynamaqdan yorğun düşüb
ev tapşırıqlarını etmədən yatdıqları zaman müəllimlərinin və sinif
yoldaşlarının yanında utanmasın deyə onların əvəzinə ev tapşırıqlarını yerinə
yetirən valideynər
də var. Uşaqlar isə bu zaman "afərin" alınca sevinə
bilmirlər, çünki bu öz əziyyəti qarşılığında aldığı bir "afərin"
deyildir. Uşağa dərslərilə məşğul olmaqda mane
olan bu səbəblər ola bilər:
1. Sağlamlığında hər hansı bir narahatlıq .
2. Gün
rejiminin düzgün planlaşdırılmaması (yuxu, istirahət, qidalanma və s.)
3. Məktəbdə olan hər hansı bir narahatlıq (müəllim və sinif yoldaşları ilə olan
münasibət)
4.Ana və atanın bir-birinə olan münasibəti uşağın hər halına təsir edir
(sağlamlığına,tərbiyəsinə,təhsilinə)
5.Uşağa daima diqqət olmalıdır.Bu uşağın
məsuliyyət hissini formalaşdırır və eyni zamanda uşaq dərslərini hazırlayanda
valideyni iləünsiyyətdə olur.amma uşağı məcburən dərs oxutdurmaq olmaz. Uşağın
dərslərini təhvil alandan sonra onu mükafatlandırsanız daha yaxşı olar.
Yuxarıda yazılan səbəbləri araşdırın və aradan qaldırın. Bundan sonra
uşağınızda dərsə maraq yarada bilərsiniz.
______________________________________________________________________________________________________________________________________
Salam, mənim qızımın 6 yaşı var. Dörd yaşında o artıq yerini islatmağı tərgitmişdi, lakin 4 ay əvvəl yenidən yatağını islatmağa başlayıb. Bunun səbəbi psixoloji ola bilərmi?
Salahova Kəmalə, Mingəçevir ş.