AUTİZM NƏDİR ?

Bu sindromun adı  ilk dəfə 1943-cü ildə Leo Kanner tərəfindən işlədilib. Autizim insanın xarici dünyanın gerçəkliklərindən uzaqlaşıb özünəməxsus iç dünya yaratması vəziyyətidir. Autizim sindromlu uşaq ətrafdakılara çox qəribə görünə bilər. Belə uşaqlar göz kontaktı qurmur, adını çağıranda baxmır, təkrarlanan oyunlar (işığı yandırıb-söndürmək kimi) oynayır, gözlərini bir nöqtəyə zilləyib dəqiqələrlə ora baxır, fırlanan əşyaları çox izləyir (paltaryuyan maşını), özü fırlanır, televizorda gedən reklamlara hədsiz bağlı olur, bəzilər kliplərə meyl edir (qeyri-adi dərəcədə), uşaqlarla oynamırlar. Əgər bu sadalanan hallardan bəzilər uşağınızda müşahidə olunursa, bu zaman onu uşaq nevropotoloqu, psixiatrı və psixoloqu müayinə etməli, dəqiq diaqnozu qoyulmalıdır. Bəs diaqnoz qoyulduqdan sonra nə etməli? Ümumiyyətlə autizmin müalicəsində bütün dünyada əsas yer akademik təlimə verilir. Bu işi isə peşəkar psixoloq, defektoloq və loqoped heyəti görür.

Bəs valideyn evdə nə etməlidir? Bütün gün ərzində uşağa necə kömək edə bilər?

Psixoloqla başlanan məşqələ ilə paralel valideyn də məşqələləri təkrar etməlidir. Bundan başqa bilirik ki,  istər normal, istərsə də qüsurlu uşaqların inkişafında oyunun böyük rolu var. Autizim sindromlu uşaqlar isə  yaşıdları ilə oyun oynamaqda çətinlik çəkirlər. İlk oyunları valideyn qurmalı və bu oyunlar primitiv olmalıdır. Yuxarıda dedik ki, onlar gözə baxmırlar, musiqini və reklamı sevirlər, bu halda yəni reklam və ya musiqi gedərkən uşağı qucaqlamalı, yaxud onu qucağa götürüb yelləməli və çalışmalı ki, onunla bu zaman göz-gözə gəlinsin. Bu oyunlar bir neçə dəfə təkrar olunduqdan sonra göz kontaktı alınır. Sonra onun sevdiyi  bir  əşyanı ona göstərib  salfet altına gizlətmək olar ki, o cəhd edib əşyanın harda olduğunu tapsın. Bundan başqa  uşaqla "gizlən – qaç” oynamaq olar.  Bu oyun zamanı üçüncü şəxs də uşağın yanında sırf ona kömək məqsədi ilə iştrak edə bilər.Yəni "gizlən – qaç” oynayarkən uşağın qaçmasını reallaşdırmaq üçün əlindən tutub qaçıb gizlənmək, orada birlikdə gözləməyi ona başa salmaq və öyrətmək. Bu oyunlar uşağa öyrədildikdən sonra başqa oyunlar daxil etmək və onları bir az mürəkkəbləşdirmək lazımdır. Autizmin müəyyən faizi əqli geriliklə müşahidə olunur. Bu halda uşaqla vaxtında  ( təxminən 3 yaşından əvvəl) məşqələlər aparılarsa və dərman müalicəsi düzgün olarsa çox böyük irəliləyişlər əldə oluna bilər.

 "Memoria” Uşaq Reablitasiya Mərkəzinin

psixoloqu Kəmalə Əliyeva

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930