Bacarıqsız və sıxılan uşaq yetişdirməmək üçün

 
-Yeməyini siz yedirtməyin
  -Paltarını və ayaqqabılarını siz geyindirməyin
  -Özünün sərbəst bir iş görməsinə icazə verin
  -Heç vaxt ona mənsiz bacarmazsan deməyin


Özlərinin bir iş görməyinə icazə verin - Fatimənin hekayəsi

             Fatimə gəlincikləri ilə oynamağı çox sevən sakit bir uşaq idi. O, evdə varlığını hiss etdirməyəcək dərəcədə sakit idi. Anası vaxtının böyük bir qismini evə gələn qonşularla keçirərkən, Fatimə tənhalıqda özünə bir dünya qurmuşdu.

Anasının qonaqlarının olduğu bir gün Fatimə izlədiyi  cizgi filmindən sıxılaraq çox sevdiyi gəlincikləri ilə oynamağa getdi. Gəlinciyin paltarlarına dünən yediyi şokolad bulaşmışdı. Tez onun paltarlarını cıxartdı. Anasına bildirmədən balaca əllərinin arasına aldığı iki kiçik paltarla hamama girdi. Suyu açıb əlindəki paltarları sabunla yumağa başladı. Parçalar köpükləndikcə Fatimə ləzzət alır, balaca dodaqları ilə üfürərək şar düzəldirdi. Parçadakı ləkələri iki barmağı arasında ovuşdurdu. Nəhayət ləkələr sabun köpükləri ilə birlikdə çıxdı. Fatimə suyu bağladı, paltarları  yaxşıca sıxdı, işığı söndürdü və otağına getdi. Fatimə yuduğu gəlincik paltarlarını qurutmaq üçün hörgü ipi götürdü. Onun bir ucunu çarpayısının başına, bir ucunu da yazı taxtasına bağladı. Sancaqlarla paltarları ipdən asdı. Uzaqdan baxanda çox sevimli və dörd yaşına görə çox zəkalı bir iş görmüşdü.Lakin hamamda əl-üz yuyanın kənarlarından sabun köpükləri axırdı, yerdəki ayaqaltı da islanmışdı. Qonaqları yola salan ana, hamama girər girməz bir bağırtı qopdu.

- Fatimə, bu hamam nə haldadır? Fatimə qorxudan yerindən sıçradı, səs gələn tərəfə getdi. Anası ilə göz-gözə gəldilər. Fatimə bu atəş dolu baxışları tanıyırdı. Və gözlədiyi şey o an gəldi. Yanağına dəyən şillə anasına qarşı qəzəbini artırdı.

-Yenə bir şey yudun hə? Mən sənə bu evdə özbaşına bir şey etməyəcəksən deməmişdim?

Fatimə bir müddət sonra təmizlik həvəslərindən əl çəkdi. 16 yaşına çatmışdı, amma çarpayısını hələ də anası yığışdırırdı.


SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930