Bacı-qardaş arasında paxıllıq

          Evdə uşaq olması çox gözəl bir hissdir. Bir neçə uşağın olması isə başqa bir gözəllikdir. Evdə neçə uşaq olursa olsun hərəsinin öz yeri var.Lakin onlara ayrılan sevgi və diqqət eyni olmalıdır. Bacı-qardaş arasında qısqanclıq normal bir hissdir. Uşaqlar arasında yaş fərqi nə qədər az olarsa qısqanclığın görülmə ehtimalı da bir o qədər çoxalar.
          Maraq və sevgi əvvələr öz üzərində ikən birdən - birə ortaya çıxan körpəyə yönəldilən şəfqət və mehribanlıq paxıllığın yaranmasına səbəb olur. Bəzi uşaqlar yeni doğulan körpəyə nifrət etdiyini söyləyir və ona fiziki zərbə yetirmək istəyirlər. Əslində onun bu mənfi reaksiyası kiçik uşağa deyil, ata-anasına qarşıdır. Bəzi uşaqlar isə özündən kiçik uşağı sevmədiyi halda ata-ananın təqdirini qazanmaq üçün özlərini sevirmiş kimi göstərirlər. Uşaqlar arasında yaranan paxıllığın artması da azalması da valideynlərin əlindədir. Uşaqlara eyni dərəcədə diqqətli və sevgidolu yanaşma bu mənfi duyğunun ən az səviyyəyə enməsinə və aradan qalxmasına səbəb olar. Uşaqların böyüdükdə bir-biri ilə quracaqları düzgün münasibətin əsasını valideynin onlara qarşı davranışı qoyur. Bunun üçün hər şeydən əvvəl valideynlər uşaqlar arasında ayrıseçkilik etməməli və onlara bərabər münasibət bəsləməlidirlər.Əgər ailədə yeni uşaq doğulacaqsa bu vəziyyət uşağa əvvəlcədən uyğun dildə başa salınmalıdır. Yeni doğulan körpəyə böyük uşağın yanında çox sevgi və diqqət göstərilməməlidir. Sevgi və diqqət bərabər paylaşılmalıdır. Ana körpənin bəzi ehtiyaclarının qarşılanmasında yaşca böyük uşağa sadə tapşırıqlar verməlidir. Əgər uşaqlar arasında anlaşılmazlıq və dava olarsa valideynlər hakim rolunda olmamalıdırlar. Əgər məsələ çox böyüsə müdaxilə edə bilərlər. Lakin müdaxilə etdikdə də birinin tərəfini saxlayaraq, digərini danlamaq olmaz. Uşaqlar arasında anlaşılmazlıq olduqda tez-tez böyük uşağa "sən böyüksən güzəştə get"demək doğru deyil. Uşaqlar bir-birilə yaxşı münasibətdədirlərsə onları tərifləyərək"Siz çox yaxşı yola gedirsiniz” deməkdə fayda var. Uşaqların mehriban olması üçün ailə daxilində birlik, bərabərlik mesajları verilməlidir. Bəzi işlərdə uşaqlarla birgə hərəkət etməli və fikirləri soruşulmalıdır ki, gələcəkdə onlar da problemləri danışaraq və birgə hərəkət edərək həll etsinlər.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2024  »
BeÇaÇCaCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031