BİLİRSİNİZMİ HEYVANLARDA QUYRUQ NƏ ÜÇÜNDÜR?
Pişiyi və ya iti quyruqsuz təsəvvür etmək çətindir. Ümumiyyətlə heyvanlara quyruq nə üçün lazımdır? Bəzi heyvanlara- inəyə, ata quyruq yay vaxtı milçək, ağcaqanad,mozalanı özündən uzaqlaşdırmaq üçün kömək edir. Itlər isə quyruqları ilə danışırlar. Sahibini görən it quyruq bulayır. Bu isə onun sevindiyini göstərir. Əgər itin quyruğu bir balaca qalxıbsa, bu o deməkdir ki, "mən sənə toxunmaram, sən də mənə toxunma, pis olar”. Aşağı sallanmış quyruq isə itin nədənsə qorxduğunu və ya sahibinə itaətdə olmasından xəbər verir. Canavar , tülkü və şimal tülküsü quyruqlarını yorğan kimi istifadə edirlər. Qışda qardan çala qazır, kömbə kimi yumrulanır, quyruqları ilə burunlarını soyuqdan qoruruylar. Tülkü və canavara quyruq həm də sükan rolunu oynayır, kənara tez dönməyə kömək edir. Sincab üçün də quyruq həmin vəzifələri icra edir. Quyruğu ilə ağac budağına sallanır, başı aşağı sallanaraq ağacdan meyvəni dərir.
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Noyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |