Ağ qıza əl uzatdım,

 Məsti budaqda qaldı...(pambıq )

 

 Ağacın tutmaq olmaz,

Ətrindən doymaq olmaz...(qızızgül)

 

Bahalıdır qiymətin,

Şahlar çəkir minnətin...(zəfəran)

 

Bir sürü atlar

Çəməndə otlar,

Vaxtı gələndə

Dərisi çatlar.(pambıq)

 

Yaşıl taxta üstündə oturub pəri,

Yaquta,mərcana bənzər ləbləri,

Uzaqdan baxarsan, üzün gizlətməz,

Əlini uzatsan, vurar neştəri...(qızılgül)

 

Nədəndi, ay nədəndi

Dərmə, nazikbədəndi,

Plov üstə məskəni,

Görən, rəngi nədəndi ?...(zəfəran)

 

Özü ala, yeri tala,

Para-para, qəlbi qara..( lalə)

 

Sarı abası var bunun,

Büzmə yaxası var bunun,

Üstü çopur, içi dilim,

Gör, nə səfası var bunun...(limon)

 

Sarı-sarı sandıqlar,

İçi dolu fındıqlar...(xaş-xaş)

 

Toxum əkdim, yarpaq bitdi,

Yarpağın qocalar diddi...(tütün)

 

 

Çiçəkləyər, gül deyil,

Ağdır, ama qar deyil,

İstisi var,yun deyil...(pambıq)

 

 

Aşmaz-uşmaz

Yerə düşsə, beli sınmaz...(yarpaq)

 

Əynində yaşıl donu,

Damarları görsənir...(yarpaq)

 

Əyri-üyrü boy atar,

Ayağı yerə batar,

Salxım –salxım sallanar,

Altında sarvan yatar...(söyüd ağacı)

 

Yağış yağanda çimər, yuyunar.

Yazda geyinər, Qışda soyunar...(ağac)

 

 

Uzanar, ha uzanar,

Qollarında balalar...(ağaclar)

 

 

Alaca, ha bulaca ,

Səpdirmişəm yamaca

Düz dırmaşar ağaca...(lobya)

 

 

Anaxanım atlandı,

Qol-qanadı qatlandı...(kələm)

 

Babam oturub, ala çuxada,

Kim soyundursa, gözü çıxar...(soğan)

 

Bədəni yerdə,

Saqqalı göydə...(turp)

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930