Bir sınaqdan keçirək....

Şagirdlərinə sevgi və xoşrəftarı  təlqin edən  müəllim ilk növbədə bu dəyərləri özü yaşamalıdır. Xoşrəftar olmaq, sevgi göstərmək əslində çətin bir şey deyildir. Bir yaxşılığı, bir gözəl əməli edən müəllim, çox xoşbəxt olar və rahatlıq hiss edər. Bunun üçün kiçik şeylər etmək yetərlidir. Gəlin bir sınaqdan keçirək... Müəllim olaraq biz, qonşularımıza yardım edək, qarşılaşdığımız şagirdlərimizə ürəkdən və parıltılı baxışlarla salam verək. Öz dünyasına qapanmış uşaqlara”necəsən?” deyərək onlarla maraqlanaq. İş yoldaşlarımızla ürəklə salamlaşıb, hal-əhval tutaq.  Həyatdakı məsuliyyətlərimizi, vəzifələrimlizi xatırlayaq. Görəcəyik ki, darıxdırıcı, bezdirici dünyamız işıqlı, nurlu, hüzurlu olacaq və bunların təsiri üzümüzdə də əks olunacaqdır. Bu zaman o işıqla, nurla girdiyimiz sinifdəki uşaqlar sevimli bir müəllimlə  qarşılaşmağın təsiri altında qalacaqlar. Həmçinin həmin dərs sevgi abu-havası ilə və çox maraqlı keçəcəkdir. Gəlin bunu bir sınayaq...

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  İyul 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
293031