Böyük balıq
       
          Ömər bu gün çox xoşbəxt idi.Çünki, atası ilə balıq tutmağa gedəcəkdi.
          Günorta gölə getdilər.Ömər həyəcanla tilovu çıxartdı və balıq tutmağa hazırlaşdı.Tilovunu dənizə atdı, balıgın gəlməsini gözlədi.Birdən tilovu ağırlaşdı.Ömər bütün gücüylə tilovu çəkdi.Tilovun ucunda böyük bir balıq var idi.
          Sevinclə qışqırdı:
          -Ata, bax necə böyük balıq tutdum.Atası:
          -Düzdür, böyük balıqdır.Amma bu balığı tutmaq olmaz.Çünki, onun kürüləmə vaxtıdır.Başqa balıqları isə tuta bilərsən.Ömər dedi:
          -Niyə ata?
          -Oğlum, ona görəki, bu balığın balalamaq vaxtıdır.
          -Ata axı bir daha belə yekə balıq tuta bilməyəcəm.
          -Eybi yox oğlum, amma qanunlara əməl etmək lazımdır.Qanunlar bizim yaxşılığımız üçündür. Bu balığın balaca balaları olacaq. Əgər biz onu tutsaq, onun ailəsi olmayacaq. Onu suya buraxmalısan.Axı sən ağıllı oğlansan.
           Ömər tilovun ucunu balığın ağzından çıxartdı və onu suya atdı.
           Balıq bir az çırpındı, sonra üzərək gölün dərinliklərinə getdi.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2023  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031