Cəsarətli və özünəinamlı uşaq yetişdirməyin yolları

 
-Cəhdlərini alçaltmayın
  -Gördükləri hər  işdə hər dəfə səhv  tapmayın
  -Onları daha bacarıqlı qonşu və ya qohumları ilə müqayisə etməyin
  -Hər kəsin qarşısında xətalarını üzlərinə vurub, utandırmayın
  -Uşaqlarınızdan hər şeyin ən mükəmməlini  istəməyin


Cəhdlərini alçaltmayın- Xədicənin hekayəsi

Atası Xədicəyə mağazadan ucuz bir gəlincik almışdı. Balaca qız bundan daha gözəl gəlincik görmədiyi üçün onu çox sevdi. Ona bir don tikmək qərarına gəldi. Həm gəlinciyini geyindirəcək, həm də məharətli bir qız olduğunu göstərəcəkdi. Anasından lazımsız bir parça istədi.

 Anası:

- Parçanı neyniyirsən? - deyə soruşdu.

 Xədicə   qürurla - "Gəlinciyimə don tikəcəyəm ", -  cavabını verdi.

Anası alçaldıcı bir səslə:

- Get görüm burdan, bir qarış boyunla don tikmək kim sən kim!

 Xədicə çox üzgün idi, amma ümidini itirmədi. Başqa bir fürsət axtardı. Axtardığı fürsəti tapmaqda gecikmədi. O gün atası tələsik evdən çıxmış, iş otağını yığışdırmağa vaxt tapa bilməmişdi. Xədicə dərhal hərəkətə keçdi. Atasının dağınıq qoyduğu əşyaları bir- bir yerinə qoydu. Sonra oturub bu cümlələri yazdı.

 " Atacan dağınıq otağını yığışdırdım. Hər şeyi yerinə qoydum. Artıq sənin yığışdırmağına ehtiyac yoxdur. Otağını hər gün mən yığışdıracağam. Səni sevirəm.

                                                                                                                                                                                                       " Balaca katibən Xədicə "

Sonra kağızı bir zərfin içinə yerləşdirdi və stolun üstünə, atasının görə biləcəyi bir yerə qoydu. Axşam atası işdən evə dönəndə Xədicənin qəlbi həyəcanla döyünməyə başladı. Sevinclə,” budur otağına gedir! " dedi və onu izləməyə başladı. Atası otağına girdi, blaknotunu axtardı. Yerində tapmadığı üçün bağırdı:

 -Blaknotum hardadır?

   Balaca Xədicə o qədər qorxdu ki, onu hara qoyduğunu xatırlamadı. Nə cavab verəcəyini bilmədi.

-Ata, atacan... dedi. Arxasını gətirə bilmədi.

  Uşaq kəkələyincə atası daha çox qəzəbləndi:

- Neylədin dəftərimə, tez de görüm. (ata yüksək səslə uşağı danlamağa davam edirdi) Sən hansı haqla otağıma girib əşyalarımı qarışdırırsan, hə?

 Atası stoluna tərəf qayıdanda böyük bir sənədin altından blaknotunu tapdı.Dəftəri alıb otaqdan çıxarkən qorxudan bir kənara çəkilmiş qızını gördü. Başının üstündə dayanıb yenidən bağırdı:

-Hələlik yaxşı qurtardın. Bir də otağıma girdiyini görsəm döyərəm səni.

 Xədicənin atasına olan sevgisi və inamı itmişdi. Onu səhv başa düşən bu adamı artıq sevmirdi. Atası getdikdən sonra, yenidən otaga girdi. Ona yazdığı sevgi dolu kağızı ağlayaraq cırdı və zibil qutusuna atdı. O gündən sonra Xədicə atasına ağıllı və çalışqan qız olduğunu göstərmək üçün heç bir cəhd göstərmədi.

 


Gördükləri hər bir işdə səhv tutmayın - İbrahimin hekayəsi

        Ibrahim onunla maraqlanan bir anaya sahib olsa da, atası ilə heç cür sağlam bir münasibət qura bilmirdi. Nə zaman məktəbdə bir problem olsa, ya da sevindirici bir xəbərlə gəlsə o saat anasının yanına qaçar, hər şeyi onunla bölüşərdi. Bir gün yenə də müəllimənin verdiyi rəsm tapşırığını anasına göstərmək üçün mətbəxə gəldi. Atası əlində bir fincan çay axşam xəbərlərini izləyirdi. İbrahim atasını görmürmüş kimi rəsmi anasına göstərdi. O, ikinci sinfə getsə də çox gözəl rəsm çəkirdi. Anası onu stulda oturtdu və rəsmdə nələr çəkdiyini soruşmağa başladı:

- Bu quş anasını gözləyir, İbrahim?

- Hə, anacan! Bax ana, bu pişik də toyuqlar dimdikləməsin deyə balasını gözləyir.

-Ağaclar da olduqca uzundur, hər halda onları cox sulayıblar! - anası uzun xətləri göstərərək  dedi.

  İbrahim çox önəmli bir şey açıqlayarcasına dedi:

-Xeyr,onlara hormon veriblər, ona görə də boyları bu qədər uzundur.

  Ana uşaq arasındakı bu dialoqa diqqətsiz qalmaq istəməyən ata, anasının qaş-göz işarəsi ilə oğluna zaman ayırmaq lazım olduğunu başa düşdü:

 - Gəl bura görüm İbrahim, nələr çəkdiyinə mən də baxım, dedi. İbrahim anası ilə danışmağa davam etmək istəyirdi.  Atası ikinci dəfə səsləndikdən sonra stuldan qalxdı və atasının yanına getdi. Atası rəsmi görən kimi alçaldıcı gülüşlərlə dedi:

  - Bu nədir İbrahim, heç boynuna kəmər taxılı bir toyuq görmüsənmi? Kəmər itlərə taxılır oğlum. İbrahim özünü müdafiə etmədən səssiz qaldı. Toyuğa kəmər taxılmadığını o da bilirdi. Kəməri toyuğa rəsmin o biri tərəfindəki yaramaz uşaq taxmışdı. Ata rəsmə bir az daha göz gəzdirdi.

Ciddi bir səs tonuyla:

Hmm...  Ağacları yaxşı çəkmisən, amma  bu qədər uzun çəksən heç kim ağac olduğunu bilməz. Həm də bu nədir, alma ağacında meymun olar heç?

  İbrahimin üzü qızardı, gözləri doldu. Ürəyində:

- Off, niyə atam bu evdən getmir, - dedi. Gözucu anasına baxdı.

  O gündən sonra İbrahim rəsmlərini atasının olmadığı bir yerdə anasına göstərmək üçün məqam axtardı.


SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

axtarış

facebook

təqvim

«  Noyabr 2020  »
BeÇaÇCaCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30