Dəcəl yük maşını
Biri
vardı, biri yoxdu. Müxtəlif maşınların yaşadığı balaca bir şəhər vardı.
Bu şəhərciyin bütün sakinləri yol hərəkəti qaydalarını bilir, yol
nişanlarını tanıyır və onlara riayət edirdilər. Onların müəllimi isə
işıqfor idi. Amma burada bir dənə sözə qulaq asmayan, çox dəcəl bir yük
maşını da var idi. Bu yük maşını heç kimlə dostluq etmir, yol hərəkəti
nişanlarını öyrənmək istəmiridi. Neçə dəfə onun ucbatından yollarda
qəzalar olmuşdu. Amma bu şəhərciyin maşın sakinləri o qədər mehriban və
nəzakətli idilər ki, heç vaxt dəcəl yük maşınını cəzalandırmırdılar. Bir
gün şəhərciyin sakinləri yanğınsöndürən maşın üçün qaraj tikmək
qərarına gəldilər.Ekskavator bunun üçün böyük bir quyu qazdı. Buraya
"gediş qadağandır” nişani qoyuldu ki, maşınlar qazılmış quyuya
düşməsinlər . Bura qədər hər şey yaxşı idi. Birdən, bizim dəcəl yük
maşını bu quyuya çox yaxın gəldi. Yol hərəkəti nişanlarını tanımadığı
üçün qoyulan nişandan heç nə anlamadı və bir az da irəli gedəndə quyuya
düşdü. Şəhərciyin bütün sakinləri bərk narahat oldular. Tez qaldırıcı
kranı köməyə çağırdılar. Qaldırıcı kran yük maşınını quyudan çıxartdı.
Elə bu vaxt təcili yardım maşını da gəlib çıxdı. O da yük maşınının
əzik və cızıqlarını müalicə etməyə başladı. Yük maşını gördü ki,
şəhərciyin bütün sakinləri ona qayğı göstərir. O heç kimlə dostluq
etmədiyi üçün çox utandı və ağladı. Əlbətdə ki, bütün maşınlar ona
təssəli verib onu bağışladıqlarını dedilər. Beləcə bizim dəcəl yük
maşını tezliklə sağaldı və hər gün işıqforun yanına yol hərəkəti
qaydalarını öyrənməyə getdi. Beləliklə də şəhərciyin bütün maşınları
sakit, rahat və qəzasız həyat yaşamağa başladılar.
Block title
Block content
Block title
Block content
təqvim
« Fevral 2025 » |
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
| | | | | 1 | 2 |
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |