Diqqət göstərmək şagird üzərində çalışmaq, işləmək deməkdir.

 

           Şagirdlərin özlərini dəyərli və önəmli hiss etmələri üçün onlarla dərindən maraqlanmaq lazımdır. Müəllimin onunla  ilə yaxından maraqlandığını görən şagird həm müəllimi ilə,həm də başqaları ilə münasibətlərinin kefiyyətini, səviyyəsini yüksəltməyə çalışacaqdır. Özünü dəyərli və önəmli saymayan şagirdlər, müəllimləri ilə münasibətlərinə də dəyər, qiymət verməzlər. Buna görə də belə şagirdlərdə yüksək problem potensialı yaranır. Müəllim, diqqəti bir mükafat olaraq təqdim etməməlidir. Diqqət sadəcə istedadlı olanların qazana biləcəyi bir imtiyaz deyil. Müəllim bütün şagirdlərinə heç olmasa ehtiyacları olduğu qədər diqqət göstərməlidir. Bəzən böyük bir dəyişiklik  üçün kiçik, sadə bir hərəkət gözləyirik. Odur ki, müəllim diqqət göstərməyi gündəlik bir vərdişə çevirməlidir. Şagirdin müəllimi ilə müsbət münasibət qura bilməsi onun üçün böyük bir imkandır. Şagirdinizə həqiqətən səmimi diqqət göstərdiyiniz zaman, onun özünəgüvəninin çoxaldığını, uğur, müvəffəqiyyət qazanmaq üçün daha ürəkdən çalışdığını və ən əsası isə təhsilə bağlılığının artdığını görəcəksiniz. Diqqət, onu sizə yaxınlaşdırdığı üçün şübhəsiz, siz şagirdinizi daha yaxından tanıyacaq və bilavasitə onda olan xüsusiyyətləri daha doğru görəcəksiniz. Müəllim səmimi diqqəti ilə şagirdə "şəxsiyyətinin düzgün formalaşması üçün məsuliyyət daşıyıram. İstedadına, bacarıq və potensialına inanıram, edə bildiklərin kimi, edə biləcəklərin də məni təsirləndirir” mesajını verir. Şagirdləri ilə ayrı-ayrı maraqlanan müəllimin sinifində çox böyük problemlərinin olmaması təəccüblü deyil. Çünki müəllim şagirdlərinin duyğu və düşüncələrindən xəbərdardır və tədrisə müəllimin şagirdləri ilə olan gözəl münasibəti qatılmışdır.

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930