Empatiya
* Siz özünüzü heç pis qiymət alıb gəlmiş uşağın yerinə qoydunuzmu?
* Heç özünüzü nəyisə etmək istəyib amma edə bilməyən uşağınızın yerinə qoydunuzmu?
* Ya da özünüzü hər gün sinif yoldaşları qarşısında danlanan şagirdin yerinə qoydunuzmu?
* Heç özünüzü daima tənqid olunan uşağın yerinə qoydunuzmu?
* Heç özünüzü, qulaq asmadan qışqıran bir ailədə təsəvvür etdinizmi?
* Və ya heç özünüzü hər zaman günahlandırılan bir yerdə düşündünüzmü?
Əgər belə olubsa deməli sizdə empatiya var:
Empatiya- özünü başqasının yerinə qoymaqdır.
Bir insanın digər bir insandan istəyə biləcəyi ən vacib və əsas yanaşma empatiyadır. Başlıca olaraq özünü qarşısındakının yerinə qoymaqdır.
Özünü başqasının yerinə qoymayan insanın, şəxsi və sosial münasibətlərində uğurlu və bacarıqlı olması mümkün deyil. Gəlin, özümüzü qarşısımızdakının yerinə qoyaq. Yəni bir az da onun düşündüyü kimi düşünək. Görəcəyik ki, bir çox problem özlüyündən aradan qalxacaq.
Gəlin, indi şagird ya da onun müəllimi olaq. Baxaq indi özünüzü necə hiss edirsiniz? Vəziyyətlər və şərtlər necə də dəyişdi, deyilmi? İndi hisslərdəki, ağırlığın hansı növlərə girdiyini görürsünüz. Empatiya hörmət və sevgini necə də artırır, elə deyilmi? Gəlin, eyni dildə danışaq. Eyni havanı almağa cəhd göstərək. Biz bir bütünük. Sözlə əlaqəni yaxşı yaradaq. Buna çox ehtiyacımız var.
Danışmaq, bir çox vəziyyətdə insanlar arasında bir körpü yaradar. Övladımızla, şagirdimizlə danışaq. Ümumiyyətlə bir-birimizlə ünsiyyət quraq. Amma mütləq səmimi və ürəkdən ünsiyyətdə olaq. İnsanların çatışmayan xüsusiyyətini üzlərinə vurub, bundan istifadə etmək düzgün olmaz.
Unutmamalıyıq ki, problemi həll etmək üçün qurulacaq hər bir əlaqə, dağları kiçik təpəciklərə çevirəcəkdir. Siz aşılmayan kiçik təpə görmüsünüzmü heç?
Psixoloq
:
Şəhla Hilalqızı