Fiziki qüsurlu balalara...
"Allahım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün sükunət,
dəyişə biləcəklərimi dəyişmək üçün cəsarət, ikisini bir-birindən ayırd edə bilmək üçün ağıl ver.”
Reinhold Niebuhr
Bəzən həyatımızda elə məqamlar olur ki, onları tam mənada dəyişdirə bilmirik. Lakin bu vəziyyətdən yaxşılığa, irəliyə doğru gedə bilərik.
Yaşadığımız cəmiyyətdə evlərində qüsurlu övlad böyüdən ailələr var. Bəzi balalarımızın eşitmə, bəzilərinin görmə, digərlərinin əqli qüsuru var. Bəzi körpə balalarımız autizimdən, daun sindromundan və ya uşaq serebral iflicindən əziyyət çəkirlər. Bu xəstəliklərin siyahısını uzatmaq da olar. Əsası odur ki, valideyn olaraq bu cür problemləri olan uşaqları gizlətməyək, əksinə üzərində işləyib uşağı bacardıqca irəliyə aparaq. Onları cəmiyyətə adaptasiya etməli, gələcəkdə kiməsə möhtac olmadan yaşamaqları üçün əlimizdən gələni əsirgəməməliyik. Bu yolda pedaqoq və psixoloqların üzərinə çox iş düşsə də əsas məsuliyyət valideynlərin çiyinlərindədir. Bu cür övladları olan valideynlər həmişə birgə olmalı, övladlarının qayğısına qalmalı, övladlarını hər halı ilə qəbul etdiklərini ona bildirməlidirlər. Belə uşaqların ancaq qayğıya (yedirtmək,yuyundurmaq,yatızdırmaq və s.) deyil, sevgiyə,başa düşülməyə daha çox ehtiyacları var. Onların hər birinə özünə uyğun şəkildə kömək etməliyik. Beləki, onların hər hansı bir sahədəki istedadlarını üzə çıxarmalı, bu üzrə iş aparmalıyıq. Belə uşaqları bağlı qapılar arxasında hamıdan gizlədərək saxlamaq əvəzinə, hər bir uşaq kimi gəzintiyə, parka, əyləncə mərkəzinə və s. aparmaq mütləqdir. Siz onunla bu mərhələləri keçsəniz, özünüzə inanıb bu vəziyyətdən sıxılmasanız, gələcəkdə övladınız da özünəgüvənən bir şəxsiyyətə çevriləcək. Hər əngəli özü aşmaq istəyəcək.
Amma siz onu cəmiyyətdən təcrid etsəniz , o da özünə qapanaraq evində balaca dünyası olan, dostlarsız və tənha birinə çevriləcək. Bəlkə də ətrafdakıların uşağa baxışları sizi narahat edir. Elədirmi? Uşağınızdan utanmasanız da , onu çox sevsəniz də bu baxışlar sizi sıxırmı? Eybi yox. Bu ilk mərhələdə sizə yəqinki çətin olacaq. Amma sonralar hər şey düzələcək. Sizin övladınız da cəmiyyətə adaptasiya olacaq, dostlar tapacaq və bütün bunlar sizdə də maraq yaradacaq.
Petek.az saytı da bu yolda sizi tək qoymayacaq. Ailəsində qüsurlu balası olan əziz valideynlər, saytımızda sizə bu cür uşaqlarla necə məşqul olmanız gərəkdiyini, onu necə inkişaf etdirib cəmiyyətə adaptasiya etməyin yollarını pillə-pillə danışacayıq. Bizi izləyin və bu barədə olan bütün suallarınızı e-mail (info@petek.az) ünvanımıza göndərin.
psixoloq: Kəmalə Əliyeva

SAYTIN MENYUSU
Block title
Block content
Block title
Block content
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Oktyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |