Əgər övladınız evdən icazəsiz pul götürürsə...


Ola bilər ki, bir çox ailələrdə uşaqlar valideynlərin cibindən icazəsiz pul götürürlər. Bunun qarşısını almaq üçün nə etməliyik?

1.Övladımıza "bizim pulumuz” anlayışını aşılamağa çalışmalıyıq. Evdə, pul kisələrində, rəflərdə və ciblərdə olan pullar atanın və ya ananın pulları deyil, "bizim” pulumuzdur, ailənin puludur.

Övladımızı ailənin bütövlükdə maliyyə vəziyyətindən agah etməliyik və onlara başa salmalıyıq ki, pul göydən  səpələnmir, ağacda bitmir, havayı, yəni zəhmətsiz də verilmir. Pul qazanılır və onu qazanmaq üçün zəhmət çəkmək lazımdır.

2. Ailə şurasında evə bazarlıq zamanı nəyin alınacağı, nə qədər alınacağı, ən vacib olanların ilk öncə, qeyri-vaciblərin isə sonda "pul qalarsa” alınacağı müzakirə edilir. Və bütün bunlara xərclənəcək məbləğ müəyyənləşdirilir.Yaşından asılı olmayaraq uşaqlar belə söhbətlərin aktiv üzvləri olmalıdırlar. Əmin ola bilərsiniz ki, belə şuralarda, adətən, uşaqlar çox əməli təkliflər irəli sürürlər. Bununla da böyükləri artıq xərc və ya yersiz qənaətdən qurtarmış olurlar. Bu şurada uşaqlar üçün vacib olan məqam - onların məhz işin içində olmasıdır.  Belə anlarda onlar özlərini dəyərli şəxsiyyət kimi hiss edirlər.

3.Cib xərcliyi yox, aylıq maaş. Məhz bu mərhələ valideynlər üçün həyata keçirilməsi çətin gələn mərhələdir. Bəli, uşaqların da öz aylığı olmalıdır. 11 yaşından etibarən uşaqlara hər ay cib xərcini aylıq maaş kimi ödəmək məsləhətdir. Aylıq maaşı onlara ayın müəyyən olunmuş günlərində vermək və dəqiq hesablanmış məbləğ kimi təqdim etmək olar. Uşaqla söhbət aparıb ciddi şəkildə qaydaları müəyyən etmək lazımdır: Yəni "Siz öz aylığınızdan

dondurma alırsınız;

kiçik bəzək əşyaları alırsınız;

atraksionların haqqını ödəyirsiniz;

məktəbdə gündəlik xərclərinizi ödəyirsiniz.

Əgər pulunuz vaxtından əvvəl bitərsə, deməli, dondurmasız, əyləncəsiz və şirnisiz qalmalı olacaqsınız.

Övladınız bununla

·        öz xərclərini düzgün müəyyənləşdirməyi;
·       
pulunun qədrini bilməyi;

·       
imkanlarını ehtiyaclarına görə düzgün bölüşdürməyi öyrənəcək.

Bəli, uşağa pul verməkdə valideynlər üçün bəzi risklər var, çünki uşaq müəyyən sərbəstlik dərəcəsi əldə edir. Sərbəstlikdən isə düzgün istifadə etməyi bacarmaq lazımdır. Amma valideynlər öz övladları ilə münasibətlərini inam və etibar üzərində qura bilsələr, uşaqlar özləri gəlib onlara haraya, nəyənə qədər pul xərclədikləri barədə danışacaqlar.

Hələ üstəlik fəxr edəcəklər ki, "mən xərcliyimdən qənaət edib özümə telefon və ya fotoaparat almışam.” Digər tərəfdən də, maliyyə məsələlərinin bu şəkildə həlli ümumiyyətlə övladla münasibətlərin tarazlanmasına və eyni məxrəcə gətirilməsinə kömək edir. Pul məsələsinə sərbəstlik verməklə övladın mənən böyüməsinə təkan vermiş oluruq. Bu isə sonunda 100 qat artıq gözəl nəticə əldə etməyə gətirib çıxaracaq.

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930