Ağ otun alasına,
Gül düşdü talasına,
Elə də quş olarmı,
Yem verməz balasına.          (Çəyirtkə)


Ayağı var səkkiz ədəd,
Əl vurantək əziləcək.
Havadadır qanadı yox,
İpək toxur, cəhrəsi yox.         (Hörümçək)


Alalar ha alalar,
Erkək, dişi balalar.                (Arı)


Altı ayaq, bir daban,
Ağzı qara, gözü yox.           (Baramaqurdu)


Aşağı gedərəm ley-leyi,
Yuxarı gedərəm ley-leyi.
Nə sümüyü var, nə iliyi.      (Kəpənək)


Aşəq eldən yuxarı,
Şana teldən yuxarı.
Aşıq bir şey görübür,
Dizi beldən yuxarı.            (Çəyirtkə)

Bir balaca xallı şey,
Üstü qızıl allı şey.
Qoydu bizim dolçaya,
Şirin, dadlı, sarı şey.          (Bal arısı)

Qanadı var quş deyil,
Buynuzu var, qoç deyil.      (Kəpənək)


Yol üstə qazan qaynar.       (Qarışqa)


Qanı var, canı yox.            (Ağcaqanad)

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Fevral 2025  »
BeÇaÇCaCŞBa
     12
3456789
10111213141516
17181920212223
2425262728