Ovun alsan mırıldar,
Sığallasan xoruldar. (Pişik)
Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər.
Başında ağac gəzər. (Maral)
Ağzın açar, zəhər saçar,
Hamı görüb geri qaçar. (İlan)
Ağzı var, dili olmaz.
Yüz ağac vur çığırmaz. (balıq)
Adam deyil, əl-ayağı, dişi var.
Əcəb şeydi, qaravəlli işi var. (Meymun)
Altı bulaq içərlər,
Üstü zəmi biçərlər. (Qoyun)
Altı daşdı, daş deyil,
Üstü daşdı, daş deyil.
Heyvan kimi otlayır,
Heyvana yoldaş deyil. (Tısbağa)
Bağda sürünər gəzər.
Az-az görünər gəzər.
Oxşayır bir yumağa,
Qorxuram əl vurmağa. (Kirpi)
Bat-bat ayaqlı,
Eymə dodaqlı.
Belində var dağ,
Ayağında yağ. (Dəvə)
Bir atımm var minə bilmirəm.
Ağzın açsa dinə bilmirəm. (Şir)
Saqqalı uzun sallanar,
Dağa -daşa dırmanar. (Keçi)
SAYTIN MENYUSU
Block title
Block content
Block title
Block content
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Fevral 2025 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |