Hörmət olmadıqda bütün münasibətlər qırıla bilər.
Müəllim şagirdlərini öncə insan olaraq görməli və onlara sahib olduqları yaxşı və pis xüsusiyyətlərini nəzərə almadan, sadəcə insan olduqları üçün hörmət etməlidir. Hörmətin təsir gücü böyükdür. Müəllim şagirdinin şəxsiyyətinə hörmət edərək, onunla ən anlaşıqlı münasibət qurmalıdır. Hörmət görən hər kəs özünü dəyərli hiss edər. Şagirdlərin özlərini dəyərli hiss etmələri nizam-intizam qaydalarına riayət etmələrini asanlaşdırır və onlarda bacarıqlı olmağa həvəs yaradır. Müəllimlərindən hörmət görən şagirdlərin dərketmə və qavrama qabiliyyətləri də artır.
İnsanın özünü hörmətə layiq dəyərli bir varlıq kimi hiss etməsi daxili motivasiyanın əsas şərtlərindəndir. Əks halda insan özünü dəyərli bilməz. Fərdlər arasında bir-birinə hörmət itərsə, münasibətlər çökər. Qarşılıqlı sevgi, sərbəst və səmimi münasibətin davametmə təminatıdır.
Sərbəst şərait inkişaf və irəliləmə üçün şərtdir. Təzyiq altındakı insanların vəziyyəti azad insanın vəziyyətindən çətindir. Təzyiq insanı və ona aid hər şeyi çürüdür. Qarşılıqlı hörmətin olmadığı yerdə azad, səmimi münasibət davam edə bilməz.
Azad şəraitdə şagirdləriniz sizə özləri
haqqında daha çox doğru məlumat verər, güc
və qabiliyyətlərini daha tez göstərərlər.
Müvəffəqiyyətlərin çoxu təşəbbüskarlıqla əldə edilir. Təşəbbüs isə sərbəstlik və qarşılıqlı hörmətin hakim olduğu şəraitdə göstərilir.
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Oktyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |