Ala qapı, zəncir sapə,
Beş budağı, bir yarpağı.       (Əl)


Alaca mənzər,
Dünyanı gəzər.                    (Göz)

Altı inci mirvari,
Üstü inci mirvari,
Arasında bir yarpaq.             (Dil)


Altı çəpər, üstü çəpər,
İçində qara quş səkər.         (Göz)

Ataya dəyməz,
Babaya dəyər.
Xalaya dəyməz,
Bibiyə dəyər.
Dayıya dəyməz,
Əmiyə dəyər.                     (Dodaq)

Aşağı əyirəm tökülməz.
Qırağı çəpər sökülməz.        (Göz)


Balaca baqqal,
Nə versən udar.                   (Ağız)


Beş-beş anası,
Beş-beş balası.                     (Əl və barmaqlar)

Bizidik, bizləridik,
Otuz iki qız idik.
Əzildik, büzüldük,
Bir taxçaya düzüldük.            (Dişlər)


Bir ağacım var-bir gövdəsi, beş budağı,
Hər budaqda bir sədəf.                          (Bilək, barmaq, dırnaq)


Bir qutum var,
Özü açılır, özü yumulur.           (Ürək)


Bir dərədə,bir parça ət.  (Dil)

Bir dirək üstə iki dam.   (Burun)

Bir donum var, tikişi yox.   (Dəri)

Bir evdə iki qardaşım var,
Ha gedirlər bir-birini ötə bilmirlər.   (Ayaq)




SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Yanvar 2025  »
BeÇaÇCaCŞBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031