Ağ sandığım açıldı,
İçindən nur saçıldı.       (Sübh çağı)

Ağ tas,qızıl tas
Birini götür,birini as.     (Ay və günəş)

Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.    (Bulud)

Araba gedər izi yox,
Yanar-yanar közü yox. (Günəş)

Bayırda sağdı
Pambıqdan ağdı.
Evə gələr,
Suya dönər.                (Qar)

Bir ağacım var 12 budağı
Hər budağın yeddi yarpağı.
Hər yarpağın bir üzü qara
Bir üzü ağ.                 (İl,ay,gün)


Bir kişinin 4 evi var
Biri yaşıldır, o biri al.
Biri sarıdır,o biri ağ.   (Fəsillər)


Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz. (Külək)


Yer üzünün qarası,
Ağacların anası.         (Torpaq)

Göy üzü damar-damar,
Göydən yerə nur yağar.  (Yağış)


Göydə gəzər qalaq-qalaq,
Gah tutqundur,gah da ki, ağ. (Bulud)


Göydən yerə buz yağır.
Görün necə düz yağır.
Fındıq boyda, qoz boyda,
Görmədim qarpız boyda.      (Dolu)


Gün çıxanda yox olur,
Gün batanda çox olur.          (Ulduz)


Mən aşiqəm, düz yerdə
O göydədir, biz yerdə.
O yer olmaz keçməsin,
Salmaz bircə iz yerdə.          (Ay)


Uzun hacı,kök hacı,
Duman başının tacı.            (Dağ)




SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930