Mavi ekranın qara sehri

4-10 yaşlı uşaqlar üçün yuxu və məktəbdən sonra televiziya üçüncü yeri tutur. Bəzi uşaqlar gün ərzində televiziya önündə yanlış olaraq 2 saatdan artıq keçirir. Hətta ən hərəkətli və aktiv uşaqlara televiziya öz pis təsirini (qanın uşaq orqanizmində dövranı normadan aşağı düşür) göstərir. Çox güman ki, bəzi valideynlərə uşağın televiziya önündə oturması xoşdur, bu zaman valideyn öz işləri ilə məşğul olur, ona heç kim mane olmur. Unutmaq olmaz ki, uşağın bütün potensialının inkişafı üçün ilk növbədə fiziki aktivliyi vacibdir.
Televiziya önündə oturan uşaq mütləq artıq çəki alır, xüsusilə bu müddətdə o çipsi, qarğıdalı çubuqları, çərəz və s. ilə qidalanarsa.
Nəzərə almalıyıq ki, bəzi göstərilən proqramlar uşaqların nə yaşlarına, nə də düşüncələrinə uyğun gəlmir. Televiziya uşaqlarda narahatlıq, nevroz halları yaradır.
Televiziya uşağın real həyatdan alacaqlarını korlayır, təhrif edir. Bəzi proqramlar anormal, sensassiya xarakterli hadisələri göstərirlər ki, uşaq hələ onlara sərbəst qiymət vermək iqtidarında deyil.
Hər zaman göstərilən müxtəlif reklamlar (siqaret, alkol, şirniyyatlar və s.) uşağın psixikasına öz mənfi təsirini göstərir.
Televiziya çox hallarda yuxu pozuntusu və diqqətin yayınmasına gətirib çıxarır. Televiziya proqramlarına baxmaq üçün az vaxt ərzində fikri cəmləmək olur, lakin oxumaq, yazmaq, dərsə qulaq asmaq, ev tapşırığı etmək üçün daha ciddi şəkildə toplanmaq lazımdır. Televiziya həmçinin uşaqlarda lazım olan adekvat reaksiyaları keyləşdirir.
Siz hər zamanmı uşağın nəyə baxdığını, hansı proqramı izlədiyini görürsünüzmü? İmkan daxilində 2 yaşa qədər uşağın televiziyaya yaxınlaşmasına imkan verməyin. 3 yaşında isə gün ərzində yalnız 15 dəqiqə baxmasına icazə verin. 3-4 yaşdan başlayaraq bəzi proqramlara baxmasına (əqli inkişaf, onun xüsusi maraqları və təbii ki, sərbəst seçimi ilə) icazə verə bilərsiniz.
Yaşından asılı olmayaraq uşağınızın hər zaman televiziyada nəyi izlədiyinə nəzarət edin, imkan verməyin ki, televizora baxmaq vərdişi yaransın. Sınayın və siz görəcəksiniz ki, televizoru söndürən kimi sizin uşaqlar əyləncəli oyunlar fikirləşməyə başlayırlar. Bacı və qardaşlar oyunda birləşib əhatə olunduqları dünya ilə qarşılıqlı əlaqə quraraq mavi ekranın illuziyalarına uymayırlar.
Əgər bu hal baş verməzsə, televizor sönərkən uşağınız nə edəcəyini bilmirsə, depresiyaya düşərsə deməli məsələ ciddidir. Uşağın rejimini tam olaraq dəyişmək, ona "orada” deyil burada yaşamağı öyrətmək lazımdır. Uşağınızın televizoru unutması üçün fantaziyanızı işə salın, maraqlı təkliflər, cəlbedici tədbirlərlə başını qatın ki, televizora baxmaq üçün vaxtı belə qalmasın. Uşağınızı əyləndirin (gəzintilər, səyahətlər və s.). Əgər siz özünüz çoxdandır əylənmirsiniz, yalnız "qutuya” baxırsınızsa, o zaman düşünməyin ki, uşağınız həyatda daha maraqlı nəyinsə olduğuna inanacaq, çünki siz özünüz belə düşünmürsünüz.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930