Aldım bir dənə
Açdım min dənə                   (Nar)

Ağac başında al yanaqlı qız   (Alma)


Ağac başında sarı yemiş     (Xurma)


Ağac başında sarı yumaq,
Üstünə səpilib ağ sumaq.     (Heyva)


Ağac başında sarı yumaq,
Bir üzü ağ, o biri sarımtraq. 
(Şaftalı)


Ağzı bağlı bir təndirim var,
Içi bircə kündə tutar           (Fındıq)


Bir balaca boyu var,
Al atlasdan donu var. (
Zoğal)


Bir yanı ağ,
Bir yanı al,
Ağzına al ,
Dadıdır bal...(Şaftalı)


Bir təndirim var
İki çörək tutur.   (Qoz)

Ağac başında unlu dağarcıq. (İydə)


Altı taxta
Üstü taxta
İçində yaşıl paxla. (Püstə)

Gülsüz olar meyvəsi,
Şirin-çəkər dənəsi      (əncir)


Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm       (armud)

Həsdədi ha həsdədi,
Əlim kitab üstədi.
Meyvələrdən biri var,
onun tumu üstədi          (çiyələk)



SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2024  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031