Müəllim - şagirdlərini, öyrənməyi və  öyrətməyi sevəndir.

Sevgi - qarşılığını ən tez tapan duyğudur. Əgər sevginiz varsa, o sizə ünsiyyətin digər vacib tərəflərini qazana bilməyiniz üçün zaman verəcək. Sevginizin gücü sizə hətta digər əskiklərinizi tamamlamaqda və səhvlərinizi düzəltməkdə belə yadımçı olacaq.

Öyrənməyə, öyrətməyə və şagirdlərinizə qarşı sevgiyə sahib deyilsinizsə, sahib olduğunuz bacarıqlar məhdud olacaq. Sevgi qarşılığını ən tez tapan duyğudur.

Şagirdlərinizə sevgi versəniz, müəllimliyin ən yüksək zirvəsinə nail olacaqsınız. Sevginin danışmaq imkanları hədsizdir. O olmadıqda öyrətdikləriniz natamam olur.

Müəllim-şagird münasibəti rəsmiyyətdən başlayır. Bu münasibəti qarşılıqlı sevgiyə, hörmətə çevirmək olar. Müəllimin şagirdinə olan inamı, hörməti, marağı və sevgisi şagirdə yüksək enerji verir. Bunun sayəsində şagirdin həmişə dərsə marağı olur.

Müəllimin göstərdiyi sevgisiz diqqət şagirddə heç vaxt dərsə həvəs və maraq oyatmaz. Bu, yalnız mexaniki bir hərəkətdir. Şagirdə sevgi vermiriksə,  özümüzə, fənnimizə qarşı  sevgi gözləməyə dəyməz. Təhsil prosesində gözlə görülən və əllə tutula bilən sevgi olmalıdır.

Müəllim həmçinin hər zaman öyrənməyi, öz elmini artırmağı sevməlidir.

Müəllimin şəxsi inkişafı (təkamülü) dayandıqda təhsilin dəyəri düşür. Öyrənməyi sevməyənlər inkişaf etməzlər və şagirdlərin hər zaman meydana çıxan yeni suallarına lazımi cavab tapmazlar. Deməli, müəllim hər zaman şagird olmalıdır.

Müəllim öyrətməkdən zövq almalıdır. Biz öyrətməyi nə qədər çox sevsək, şagirdlərimiz də öyrənməyə o qədər həvəsli olacaqlar. Dərsi həvəslə öyrədən müəllim daha bacarıqlı və səbrli olur.

Öyrətməyi bacaran və sevən müəllimlər fiziki olaraq çox yorulsalar da, mənəvi olaraq işindən böyük zövq alır və daha az yorulurlar.

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

axtarış

facebook

təqvim

«  Sentyabr 2020  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
282930