Müəllimliyin harasındayıq...

     Hər bir müəllim günün sonunda özünə dəfələrlə bu sual
ları verməlidir:
"Mən nə edirəm? Nəyin fərqindəyəm? Nəyin fərqində deyiləm? Daha da yaxşı olmağım üçün nələri etməliyəm?

       Müəllimlik adi peşə deyil. Yaxşı müəllimdə vacib olan şəxsiyyət xüsusiyyətləri çox öyrənmə ilə qazanıla bilər. Bacarıqlı müəllimlərin çoxu bu xüsusiyyətləri  çalışaraq  əldə  edirlər. Ancaq şəxsiyyəti inkar edən xüsusiyyətlərin əksəriyyəti yanlış biliklərin nəticəsidir.
Müəllimlik elə bir
peşədir ki, onun sənətkarı da insandır, işləyəcəyi maddəsi, obyekti  də insandır.  Ona görə də müəllim olan kəs ilk öncə özünü islah etməyə, qüsurlu xüsusiyyətlərini yox etməyə çalışmalıdır.

       Şəxsiyyətin yetişməsi üçün ən vacib addım şagirddəki gərəksiz və mənfi xüsusiyyətləri bacardıqca tez yox etməkdir. Odur ki, müəllim vəzifəsini yerinə yetirən şəxs yaxşı bir müəllimin şəxsi keyfiyyətlərini əhatə edən nəzarət siyahısını özündə tətbiq etməlidir.
Bir müəllim öz misiyasının və sənətinin fərqində olarsa, həyatının mənası dəyişər. Şagirdlərinə daha da şəfqət və qayğı ilə yanaşar. Aldığı mənəvi həzz artar, ürəyi sevgi ilə dolar və qəlbi rahat olar.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930