Ağac için ovaram,

Düz ağzıma qoyaram.           (Zurna)

 

Qabırğası var,qanı yox,

Nəfəsi var, canı yox.             (Qarmon)

 

Qarğı qamış,

Ağza yapış,

Üstü deşik,

Gerisi beşik.                         (Tütək)

 

Qoz ağacın oyarlar,

Üstünə tel qoyarlar.

Vaxtsız durub ağlasa,

Qulağını burarlar.                    (Kamança)

 

Dərdi qəmdən,

Təni zədən.

Əlin vursan,

Edər fəğan.                             (Ney)

 

İki küpə,

İki ağac.

Biri yerdə,

Biri göydə.                    (Nağara)

 

Üzük aldım qaşı yox,

Təpə gördüm daşı yox.

O nədir ki, ağlayır,

Gözlərinin yaşı yox.          (Kamança)

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  İyul 2025  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031