Nanə- gözəl ətiri və təravətləndirici dadı olan bir bitkidir. Gündəlik həyatımızda çox istifadə etdiyimiz bu bitki sağlamlığımız üçün çox faydalıdır. Tərkibində dəmir, kalsium, A, B1, B2, B3, C vitamini, karbohidrat və protein vardır. Nanə il boyu bitən bir bitkidir. Onun yarpaqlarından həm təzə və həm də quru şəkildə istifadə olunur. Yarpaqlarından dəmlənilən çay çox xeyirlidir. Faydaları:
● Sinirləri sakitləşdirir, vücuda rahatlıq verir.
● Baş ağrısını aradan qaldırır.
● Urək döyüntülərini azaldır.
● Bağırsaq qurdlarını məhv etməyə kömək edir.
● Urəkbulanmanın qarşısını alır.
● Həzm sisteminin işinə kömək edir.
● Ağızdan gələn qoxunu yox edir.
● Qrip, astma xəstəliyində və öskürək zamanı sağalmaya kömək edir. Bəlğəmgətiricidir. Nanəni kəklikotu ilə dəmləyib içinə limon doğrayıb içmək məsləhətdir.
● Qızdırmanı salır.
● Sümük ağrılarını azaldır.
● Soyuqdəyməni aradan qaldırır.
● Qaynadıb buxarını qoxuladıqda tənəffüs yollarını açır.
● Köpmənin qarşısını alır.
● Bağırsaqdakı qazları çıxarır.
● Bogaz qurumasını aparır.
● Ana südünü artırır.
● Ağrıkəsicidir.
Qeyd: Unutmayaq ki, hər bir qidadan həddindən çox istifadə etmək ziyandır.
Hazırladı: Aytən Ömərova
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Dekabr 2023 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |