NAR

Çox faydalı meyvələrdən biri də nardır. Tərkibi C, B1, B2, vitaminləri, dəmir, kalsium, maqnezium, fosfor və başqa minerallarla zəngindir.


● Nar şirəsi orqanları gücləndirir, qanartırıcı xassəyə malikdir.

● Nar enerji verir və yorğunluğu aparır.

● Vücudu, qəlbi, mədəni və diş ətini möhkəmlədir.

● Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

● Nar qabıqlarını çay kimi dəmləyib içdikdə ishalı kəsir.

● Təzyiqi nizamlayır.

● Bağırsaq qurdlarını məhv edir.

● İmmuniteti gücləndirir.

● Qanda şəkərin miqdarını nizamladığına görə şəkərli diabet xəstələri üçün də faydalıdır.

● Damar tutulmasının qarşısını alır.

● Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. 

● Nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur. 

● Nar şirəsi insanın iştahasını artırır.

● Nar şirəsinin tərkibində çoxlu miqdarda antioksidanlar var.

● Mədə iltihabını və ağız yaralarını müalicə edir.

● Revmatizma xəstəliyində ağrayan nahiyəyə nar şirəsi çəkdikdə ağrını aradan qaldırır.

● İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmin tez bir zamanda bərpa olunmasına kömək edir. 

    Qeyd: Bəzi xəstəliklər zamanı nar və nar şirəsinin istifadəsi qadağandır. Bu  - mədə və onikibarmaq bağırsağın xorası, qastrit və tez-tez təkrar olunan qəbizlikdir. Körpə uşaqlara və hamilə qadınlara nar şirəsini çox istifadə etmək məsləhət deyil.

                                                                                                    Hazırladı: Aytən Ömərova

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2026  »
BeÇaÇCaCŞBa
   1234
567891011
12131415161718
19202122232425
262728293031