Nümunəvi müəllim necə olmalıdır?

          Elmin və təhsilin təməlində öyrədənlə öyrənənin qarşılıqlı hörməti və sevgisi durur. Burada elm verən, doğru yolu göstərən müəllimin ən birinci vəzifəsi öyrədəcəyi şagirdin ondan nələr gözlədiyini, vəzifələrinin nələr olduğunu bilməsidir. Çünki,şagird öz tələb və istəklərini qarşısındakı müəllimdən görməzsə, onun alacağı elmə heç bir marağı olmaz. Müəllim öz həyat tərzində, davranışlarında, şagirdinə qarşı olan münasibətində səmimi və sevgi dolu olarsa, verəcəyi təhsil də çox müvəffəqiyyətli olar. Məhz belə müəllim öz vəzifəsini layiqincə yerinə yetirən müəllimdir.

     Adətən 10-11-ci sinif şagirdi olan oğlanlara xüsusilə kişi müəllimlərin ən çox verdiyi məsləhət siqaret çəkmənin nə qədər pis vərdiş olması və bunun ziyanları barədə olur. Lakin çox vaxt bu məsləhətlər heç də özünü doğrultmur. Çox zaman yuxarı siniflərdə oxuyan oğlanların cibində kibrit və ya alışqan tapmaq olar. Çünki, çox vaxt bu cür məsləhətlər verən müəllimin özünün cibində siqaret qutusu olur. Və ya dərsdən sonra məktəbin həyətində siqaret çəkən müəllimin uşağa " Siqaret çəkməyin nə qədər səhv bir hərəkət olduğunu bilmirsiniz mi?” deməsi heç bir effekt verməz. Bu hər bira mövzuda belədir. Müəllim nədən danışırsa bu onun həyatında da elə dediyi kimi olmalıdır. Əks halda  müəllimlərimiz istədikləri nəticəyə nail ola bilməz və uşaqlarımız da öz bildikləri səhv addımları atmaqda davam edərlər. Deməli yaxşı müəllimin sözün əsl mənasında yaxşı olması üçün, şagirdlərinə sözləri qədər əxlaqı və tərbiyəsi ilə də təsirli və nümunəvi olması vacibdir. Tövsiyə etdiyi məsləhətlərlə öz həyat tərzi və əxlaqı bərabər olmalıdır. Unutmamalıyıq ki, əsəbi və gərgin bir insanla, səbirli və təmkinli insanın həyata və hadisələrə baxış tərzi eyni deyildir. 

 

 

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2024  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031