ÖVLAD SEVGİSİ NƏDİR?

 

             İnsan yaradılış etibarı ilə sevmək və sevilmək arzusunda olur. Əslində sadəcə insanlar deyil, bütün canlılar sevilmək istəyirlər. Hətta bitkilər də, sevgi ilə yetişdirildiyi zaman daha tez böyüyürlər. Beləliklə sevgi bütün canlıların həyat enerjisini artıran bir hissdir.

     Uşaqlar üçün də sevgi ən vacib bir ehtiyacdır. Elə bu səbəbdən də uşaq hələ körpəlikdən, hətta anasının bətnindəikən, sevgi görərək böyüyərsə, sevilərsə o, böyüyəndə də sevgi dolu bir insan olar və bütün canlıları da çox sevər.

      Bəzi valideynlərin övladlarına həddindən artıq soyuq münasibət bəsləməsi, övladı bir yük olaraq görməsi, onu qucağına alıb sevməməsi, sevgi qıtlığından yaranır. Hətta bəzi analar övladlarına qarşı olan nifrət hissini də dilə gətirir, övladını amansız şəkildə döyür, ən kiçik bir səhvini gördüyü zaman tez alçaldıcı sözlərlə danlayırlar. Belə valideynlərin övladları isə ana-atalarının sevgisini qazanmaq, üçün nə isə bir yenilik edib onlara yaxşı görünmək istəyərlər. Lakin, yenə də valideyn bu çırpınışlara heç bir əhəmiyyət verməz. Məhz belə böyüyən uşaqlar gələcək həyatlarının hər mərhələsində bu sevgi azlığını hiss edir, içindəki bu boşluğu heç bir var-dövlətlə əvəz edə bilmir.

   Elə bu səbəblə də heç bir valideyn övladından öz sevgisini əsirgəməməlidir. Əsasən də uşağın inkişaf dövründə ortaya çıxan problemlərdə anaların təsiri  çox böyükdür. Çünki ananın övladına göstərdiyi sevgi və ya sevgisizlik uşağa həddindən çox təsir edir. Uşaqlar gündən-günə böyüyən fidana bənzəyirlər. Bu fidanların suya, işığa, təmiz havaya ehtiyacı olduğu kimi, uşaqların da sevgiyə, diqqətə, mərhəmətə və valideynlərinin onları başa düşməsinə ehtiyacı var.  Bir valideyn olaraq bizim ilk vəzifəmiz övladımızı sevmək və onun üçün hər şeyin ən gözəlini diləməkdir. Övladımızın millətimizə , Dövlətimizə və cəmiyyətə xeyirli bir insan kimi yetişməsində əlimizdən gələni etməliyik. Bütün bunları edərkən ilk növbədə övladımıza inanmalı və ona bu inanmımızı hiss etdirməliyik.

         Çünki, eşqi ve məhəbbəti ifadə edən heç bir söz, bir valideynin övladına “Əziz balam! sənə inaniram” deməsindən daha dəyərli ola bilməz.

                                                                                                                                                                                                                               Hazırladı: Aynur Akmeşe

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930