Övladınıza çox hirslənirsiniz?


Gələcək valideynlər çox tez-tez özlərinə söz verirlər ki, uşaqlarına əsəbləşməyəcəklər. İlk vaxtlar onlar əmindirlər ki, sevimli uşağın hər istədiyini edəcəklər. Lakin reallıq göstərir ki, neqativ emosiyaları saxlamaq çox çətin olur. Valideynlər nə qədər özlərini ələ almağa çalışırlarsa bir o qədər də uşaqları onları səbrdən çıxarır. Niyə belə olur? Uşağa hirslənəndə nə etmək lazımdır? Doğru olan hansı yoldur? Siz nə qədər sakit görünməyə çalışsanız da əslində uşağa qarşı hiddətli və acıqlısınız və o da mütləq bunu biləcək. Deməli məsələ tamamilə onda deyil ki, uşaqlar sizin yaxşı münasibətinizi "qiymətləndirmirlər” və ya sizin "xeyirxahqlığınıza qarşı çiyniniz də oturmağa can atırlar.bilməlisiniz ki, hiddət, acıq insanın təbii emosiyalarından biridir və biz nə qədər onu boğmağa çalışsaq da, o qədər güclə azadlığa çıxmağa can atacaq. Hətta siz hirs və əsəbinizi nəzarətdə saxlasanız da, neqativ emosiyalar yığılacaq və nəticədə partlayacaq. Güman ki, bunun üçün bəhanə tamamilə boş bir şey olacaq. Məsələn: uşaq sevdiyiniz bir qabı sındırıbsa, siz susursunuz. Birdən çox sadə bir şey üstündə səbriniz daşır və mənasız bir səbəbdən qışqırmağa başlayırsınız. Uşaq isə anlaya bilməyəcək ki, ana üçün onun yemədiyi sıyıq və ya itirdiyi əlcək niyə belə faciəyə çevrildi. Ona görə də əgər uşağa hirslənmisinizsə, özünüzü aldatmayın. Doğrunu söyləyin –uşaqlar sizi bəzən acıqlandırır və əsəbiləşdirirlər. Boşuna vicdan əzabı çəkməyin, yaxşısı budur əsəbinizi konstruktiv şəkildə ifadə edin (əməli).Əgər siz hisslərinizi doğru ifadə etməyi öyrənsəniz, bu zaman neqativ emosiyaların partlayışından uşağın psixikasına zərər gəlməz və əksinə sizə də, uşağa da Əgər körpəyə əsəbləşmisinizsə (və ya daha böyük uşağa) onun şəxsiyyətinə, xarakterinə, fərdiyyətinə heç zaman hücum etməyin. Yaxşısı budur başqa cür hərəkət edin. Əvvəla emosiyanızı uca səslə ("Mən çox əsəbiyəm!”, "Mən çox acıqlıyam!”, "Mən çox incimişəm!”) şəklində bildirin. Bu,sizin partlayacaq emosiyanızı cilovlaya bilər, ikincisi uşaq üçün "xəbərdarlıq atəşi” rolunu oynayar. Bəzən hətda bir kiçik söz belə kifayyətdir ki, uşaq hərəkətini dəyişsin. Bəs əgər bu kifayət olmasa? O zaman əsəbinizi əsaslandırıb uşağa izah edin. Məsələn: "Mən görəndə ki, sən bütün geyimlərini ətrafa atmısan, mən özümdən çıxıram.”Səbəb nə olursa olsun siz oğlunuza və ya qızınıza nəyə əsəbiləşdiyinizi izah edin. Burada siz əsəbinizi yaxşı olar ki, "Mən hirsliyəm” şəklində deyəsiniz, "sən məni əsəbləşdirdin”, "sənə acıqlıyam” şəklində yox. Bu halda siz uşağı günahlandırmırsınız. Əksinə, əsəbinizin səbəbini izah edir və emosiyalarınıza görə məsuliyyəti öz üzərinizə götürürsünüz. Yeri gəlmişkən emosiyaları belə ifadə etmək tək uşaqlarla deyil, böyüklərlə ünsiyyətdə də yaraya bilər. Əgər siz bu qayda ilə hərəkət etsəniz, eyni zamanda yığılan mənfi emosiyalardan qurtula və balacanıza "əsəb təhlükəsi"ndən qorunmağı lap uşaqlıqdan öyrətmiş olarsınız. Siz də, uşağınız da emosiyanızıbaşqasını incitmədən ifadə etməyi öyrənərsiniz.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930