Övladınızı həddindən artıq qorumayın.Əsmanın hekayəsi

   Əsma iki yaşında ikən anası ilə atası boşanmışdılar. Əsma anası ilə qalırdı. Ana zəngin bir ailədən olduğu üçün maddi vəziyyəti yaxşı idi. İşləməyinə ehtiyac yox idi. Bütün vaxtını qızına sərf edirdi. Onu göz bəbəyi kimi qoruyurdu. Uşaq ona göstərilən hədsiz diqqətdən yorulmuşdu. Nə bir yerdə oynaya biləcəyi bir bacısı, nə də rəfiqəsi var idi.Uşaq bayıra çıxa bilmir, istədiyi kimi qaçıb oynamırdı. Başına bir hadisə gəlməsın deyə anası onu dizinin dibindən ayırmırdı.

   Məktəb yaşına gəldiyi halda belə hər işini anası görürdü. Əsma məktəbə başladığı gün qəfəsdən çıxmış quş kimi çaşqın idi. Anasının əlini möhkəm sıxıb buraxmaq istəmirdi. Bir həftə idi məktəbə gedirdi, amma hələ də anası ilə bir partada otururdu. Uşağını düzgün yetişdirmədiyindən xəbəri olmayan ana niyə onun uşağı da o biri uşaqlar kimi sinifdə oturmağa cəsarət etmədiyini başa düşə bilmirdi.

  Əsma yalnız terapevt müalicəsi alaraq məktəbə gedib gələ bildi.

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2024  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031