"Uşağı olan onunla uşaqlaşsın" Məhəmməd Peyğəmbər
Oyun, uşağın bədəninin və ruhunun inkişafı üçün şərtdir. Oyun uşaq üçün ən vacib bir "iş", oyuncaqlar da ən önəmli alətlərdir. Uşağa oyun yeri və sərbəstliyi yaradılması vacibdir.Uşaq oyun ilə öyrənmə yollarını kəşf edir. Oyunlar uşağın beynini, nitq və digər bacarıqlarını inkişaf etdirir. Faydalı və maraqlı oyun oynayan uşaqlar insanlarla normal münasibət qurmağı, yardımlaşmağı öyrənir. İnsanları, heyvanları, təbiəti, gözəl şeyləri sevmə duyğusu inkişaf edir. Özünü güvənli və məsuliyyətli hiss edir. Sevinc və xoşbəxtlik yolu olan oyunla yeni təcrübələr qazanır.
Oyunun faydaları: Uşaq oyunda əzələlərini işlədərək bədənini müxtəlif şəkildə inkişaf etdirir. Daha çətin şeyləri etməyə həvəslənir və özünə güvəni artır. Zəkasını işlətməyi öyrənir. Dünyanı və ətrafını kəşf edir və daim yeni biliklər öyrənir. Maraq duyğusu oyanır, məntiqlə yanaşmağı, seçim etməyi, səbəb nəticə münasibətləri qurmağı öyrənir. Oyun uşağın enerjisini sərf etməsini, hisslərini ifadə etməsini asanlaşdır. Uşaq, səhv, düz, gözəl, çirkin, haqlı, haqsız kimi əxlaqi keyfiyyətləri və alışqanlıqları oyun zamanı görür, öyrənir və özününküləşdirir. Özünə uyğun gələnləri təkrar edir və özünün bir parçası edir.
Valideyn olaraq biz övladımıza uşaqlıqdan gənclik dövrünə qədər bərabər oynamaq üçün vaxt ayırmalıyıq. Çünki bu vaxt itkisi sayılmayacaq qədər çox önəmlidir. Bu vaxt uşaqlarla aramızdakı bağı gücləndirər və necə daha yaxşı valideyn ola biləcəyimizi öyrənərik.
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Oktyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |