Qiymətini itirməyən dəyərlər.

 

            Məhşur bir psixoloq öz mühazirələrindən birində  əlinə aldığı  qızıl pulu salonda oturanlara göstərərək soruşdu: - Bu qızılı hansınıza verməyimi istəyərdiniz ? Dərhal, dinləyicilərdən bir neçəsi əllərini qaldırdılar. Müəllim dedi:  "Əlimdəki bu qızıl pulu  sizin aranızdan birinə verəcəm". O, qızılı bir daş parçası ilə cızdı və soruşdu:  "Bu qızıl pulu yenə də istəyirsinizmi?” Bayaq qalxan əllər bir daha havaya qalxdı. Müəllim əlindəki qızıl pulu  yerə atdı və ayaqları ilə tapdalayaraq  dedi: " Hələ də bu qızılı istəyən varmı?” Qızıl artıq həm kirli, həm də cızılmış bir vəziyyətdə  idi. Buna baxmayaraq əllər hələ də enməmişdi. Bunu görən müəllim sözlərinə belə davam etdi:

   - Əzizlərim, bu gün biz sizinlə bir daha öyrəndik ki, qızılı nə qədər cızsaq da, əzsək də, kirlətsək də, o yenə də qızıldır, dəyərlidir. Siz onu istəməyə davam etdiniz, çünki, bütün bunlar qızılın dəyərini əsla itirmədi. İnsan həyatı da belədir. Biz öz yaşamımız boyunca  verdiyimiz qərarların , atdığımız səhv addımların nəticəsində bəzən yorulur, qəlbimiz qırılır, özümüzü pis hiss edirik, amma bütün bunların nəticəsində biz insan kimi dəyərimizi, mənəviyyatımızı itirmirik. Bunu sadəcə  biz hiss etmirik. Eləcə də bizi sevən yaxınlarımız, qohumlarımız, dostlarımız, ailəmiz də belə düşünürlər. Həyatımızda baş verən problemlər, keçirdiyimiz streslər, verdiyimiz səhv qərarlar onların bizi sevməsinə mane ola bilməz. Unutmayaq ki,

                   "Günəşi örtsə də qara buludlar,

                    Yenə günəş adlı bir qüdrəti var".

Bizim həyatımızın qiyməti hansı dəyərlərə sahib olduğumuzla bilinir.

Yaxşı  müəllim hər şeydən əvvəl yaxşı bir xarakterə, mənəviyyatı zəngin bir şəxsiyyətə sahib olmalıdır və daima öz üzərində çalışmalıdır.

 

 


                       

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930