Qızlar üçün otaq dizaynı

             Qızlar    üçün uşaq otağını təmir edərkən çəhrayı rəngə üstünlük verməniz daha yaxşı olar, amma bu mütləq şərt deyil. İstədiyiniz rəngdə boyanı və ya divar kağızını seçdikdə əsasən materialların keyfiyyətinə və onların zərəsizliyinə diqqət yetirin.Çünki, uşaq otağında vaxtının böyük hissəsini keçirir. Uşaq otaqda həm oynayır, həm dərs oxuyur, həm də yatır. Buna görə də uşağın otağını zonalara bölmək olar. Bunu divar kağızlarının köməyi ilə etmək olar. Daha sakit və ya neytral tonlarda yuxu və  oxuma zonasını tərtib edin. Çarpayının yanında şəkilsiz divar kağızlarından istifadə etmək məsləhətdir ki, yatarkən və ya dərs oxuyarkən uşağın fikri və diqqəti yayınmasın. Tavanı  işıqlı tonlarda və aplikasiyalarla etmək  olar. Uşaq üçün istilik sistemini döşəmənin altında düzəltdirin, çünki uşaqların əksəriyyəti döşəmənin üstündə  oynamağı sevir. Uşağınızın allergiyası yoxdursa onda yerə təbii materiallardan toxunmuş xalça da döşəyə bilərsiniz. Otaqda çarpayı, məşğuliyyətlər üçün masa, kitablar,  geyim və oyuncaqlar üçün rəflər, stullar da mütləq olmalıdır. Pəncərə pərdələrini orqanzadan tikdirərək, bir çox büzmə və bantlar ilə bəzəmək olar.  Pərdələrin rəngi və stilində dekorativ balışlar da qoyula bilər.

Məsləhət : Uşağın otağının dizaynını layihələşdirərkən, onun  xarakterini nəzərə alın.

                                              

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2024  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031