-Aquş hardan gəlirsən?
-Qanlı qaya dibindən.
-Qanın niyə qurumuş?
-Allah belə buyurmuş.        (Kəklik)


Aaca-bulaca,
Uçdu qondu ağaca.         (Sağsağan)



Altı qoyun, üstü keçi,
Başı şabalıd, quyruğu qayçı.   (Qaranquş)


Axşam anadan olar,
Səhər durar yer ovar.    (Cücə)


Axşam yığılar,
Səhər dağılar.                (Toyuq)


Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.               (Qaranquş)


Başı daraq,quyruğu oraq.
Tezdən durar, surun vurar.                 (Xoruz)


Qara qatır,
Bədlik satır.
Gecə gəzir,
Gündüz yatır.                           (Bayquş)


Qatarlanıb gedirlər,
Bizə salam edirlər.                   (Durna)

Əyri boyun, sarı dimdik,
Gödək ayaq, yaşıl yarpaq,
Suda gəzər, yastıyapalaq.           (Ördək)


nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.           (Ağacdələn)



SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2023  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031