Şagird bir gələcəkdir

Şagird bir əmanətdir. Onu sevgi, şəfqət və mərhəmətlə qoruyun...


         Şagird bir gələcəkdir. Həyatını onun üçün fəda edən və onun üçün yaşayan ata-ananın gələcəyidir. Bu fədakar insanların əmanətini sevgi ilə qorumaq, sevgi ilə böyütmək qədər vacib bir vəzifə varmı əziz müəllimlər.

        Şagird bir gələcəkdir.Vətən və millət - sevgi, fədakarlıq, yardımlaşma və həmrəylik ruhu almış insanlar sayəsində ayaqda qalmaqdadır. Bir şagirdi sevgi ilə böyütmək, vətəni sevgi ilə qorumaq deməkdir. Bir şagirdin hədər olması, vətən üçün bir xəyanətdir.

        Şagird bir gələcəkdir.Yaradılmışların ən üstünü olan insan, Allahın ən böyük əmanətidir. İstər fiziki, istərsə də psixoloji cəhətdən mükəmməl şəkildə yaradılmış insandan önəmli vəzifələr gözlənilir. Bu sözün əsl mənasında insan olmaq vəzifəsidir...   

Sevgidən yoxsul insanlar sevgini, diqqəti, həmrəyliyi və yardımlaşmağı unutdular. Özləri də sevgisiz və diqqətsiz qaldılar. Onlar varlıq içində yoxsullaşan, çoxluq içində tənhalaşan, güc içində gücsüzləşən və çarə içində çarəsiz qalan, ruhsuz və laqeyd qalan bir kütləyə çevrildilər.

Bəs bunun həlli yolu nədir? Təbii ki, sevgi, sevgi və sevgi....

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Mart 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031