Tərbiyə sevməkdən başlayır.
Müşahidələrimə əsasən belə qənaətə gəlmişəm ki, bəzən valideynlər övladlarını başa düşmürlər. Onlar uşaqlarına ya çox az vaxt ayırır, ya da heç ayırmırlar. Karyeralarını, məişət qayğılarını və yaxud öz istirahətlərini daha üstün tuturlar. Çox tez-tez bu sözlərə rast gəlirik: “Mən çox işləmişəm yorğunam”,”sakit ol, başım ağrıyır”, “mənim işim var” və s. Bütün bunlara bir uşaq baxışları ilə baxsaq görərik ki, bu nə qədər haqsız davranışdır. Ona görə ki, hər bir uşaq gün ərzində gördüklərini, eşitdiklərini bölüşmək istəyir. Ələxsus da valideynləri ilə. Halbuki, valideyn uşağına heç olmasa bir neçə dəqiqə vaxt ayırsa heç nə itirməz, əksinə onun uşaq saflığı ilə danışdığı söhbətlərlə yorğunluğunu çıxarar. Valideyn uşağa laqeyd cavab verəndə uşaqda çox böyük ruh düşkünlüyü yaranır və beləliklə o öz fikirlərini bölüşməkdən çəkinir. Getdikcə o özünə kənarda həmsöhbət axtarır. Bəzən kənarda tapılan dostlar onu düzgün səmtə istiqamətləndirmir. Valideyn çalışmalıdır ki, öz uşağı ilə dost olsun. Buna uşağın çox kiçik yaşlarından başlamaq lazımdır ki, yeniyetməlik yaşlarında ziddiyyətlər yaranmasın.
Hər şeydən əvvəl valideynlər övdlarını şərtsiz qəbul etməlidirlər. Bu o deməkdir ki, uşağı ağıllı, bacarıqlı, əlaçı, köməkçi olduğuna görə yox, ilk öncə onu var olduğuna görə sevmək lazımdır. Ümumiyyətlə uşaqla nə qədər mehriban davransan, onu tərifləsən o daha da mehriban, anlayışlı olur. Əksinə daha çox danlasan, tənqid etsən uşaq bir o qədər zalım və aqressiv olur.
Psixoloqlar sübut ediblər ki, sevgiyə, məhəbbətə tələbat insan tələfatlarının əsasını təşkil edir. Uşağın bu tələbatını ödəmək, onu razı salmaq uşağın normal inkişafı üçün vacib şərtdir. Bu baxımdan uşağa tez-tez xoş sözlər deyilməlidir. Uşağı bir gündə bir neçə dəfə qucaqlamaq lazımdır. Bütün bunlar onun emosional psixoloji inkişafını qidalandırır. Əgər uşaq məhəbbətdən, qayğıdan, diqqətdən məhrumdursa onda psixoloji əsəb mənşəli problemlər yaranır. Bəzən valideynlər uşaqlarla münasibətlərinə fikir vermirlər. Əslində isə hər hansı bir münasibət və ya bir söz uşağa çox böyük psixoloji təsir göstərir. Beləliklə valideynlər uşaqlarının normal abu-havada böyüməsini təmin etmək üçün bütün bunlara nəzarət etməlidirlər. Yalnız bu yolla biz gələcək nəslin sağlam psixoloji inkişafından bəhs edə bilərik.
ADPU-nun Ümumi Psixologiya kafedrasının müəllimi :Muradova Nigar Hadi qızı.
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Noyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |