Tırtıl

-Vay, yazıq.Mən istədiyim qədər gəzə bilirəm,ağaclara dırmaşa bilirəm.Amma sən buradan heç tərpənmirsən.
Tırtıl qarışqaya heç bir şey söyləmir.Qarışqa yenə davam edir:
- Bilirsən, balaca qarışqalar belə istədikləri qədər gəzə bilirlər, sərbəstdirlər.Amma sən yazıq buraya bağlanıb qalmısan.Çox çətin bir həyatın var.
Tırtıl yenədə qarışqaya cavab vermir və qarışqa oradan ayrılır.
Bir müddət sonra qarışqa yenidən yemək axtarmağa çıxır. Birdən başı üstündən bir şeyin uçduğunu hiss edir. Başını qaldırıb yuxarı baxdığında bir kəpənək görür.
-Aman Allahım sən nə qədər gözəlsən, deyir qarışqa. Rəngli qanadların var. Həmdə uça bilirsən. Bu qədər sərbəst olmaq çox gözəldi.
Kəpənək qarışqaya gülümsəyib deyir:
-Məni tanımadın? Mən sənin yazıq dediyin tırtılam. Artıq böyümüşəm və uça bilirəm.
Kəpənək bunları söylədikdən sonra oradan uzaqlaşır.
Qarışqa da, tırtılların böyüyüb kəpənəyə çevrildiyini beləcə öyrənmiş oldu.