Uşağınıza vaxt ayırın!

           Xüsusilə 0-5yaş arası uşaqların düzgün inkişafı üçün ata-anaların onlara vaxt ayırması çox vacibdir. Uşağa  ayrılan  bu zamanın kefiyyətli olması mühümdür. Valideynlərin günlük işlərin yorğunluğunu bir tərəfə buraxıb sadəcə uşaqlarına ayıırdıqları vaxtlarının olması zəruridir. Xüsusilə ataların uşaqlara vaxt ayırmaqda çətinlik çəktiyi çox rast gəlinən bir şeydir. Uşağınız ilə keçirdiyiniz vaxt onun özgüvəninin yaranması baxımından çox vacibdir. Ona zaman ayırmanız ona verdiyiniz dəyəri göstərir. Varlığı ilə yoxluğu hesaba qatılmayan və sanki o evdə yoxmuş kimi davranmaq uşağın özgüvəninə mənfi təsir göstərir. Uşağınızla keçirdiyiniz vaxt onun stresi daha asan atmasına və qarşısına çıxan çətinlikləri rahatlıqla dəf etməsinə yol açacaqdır. Uşağınızla keçirdiyiniz vaxt onunla aranızda bir yaxınlıq yaradaraq onun öz hisslərini, fikirlərini sizinlə daha rahat bölüşməsinə şərait yaradacaq. Başqa halda uşağınız sizdən uzaq, hisslərini sizinlə bölüşməyən, özünə qapalı hala gələcək. Ata və analar "uşaq elə hər zaman yanımızdadır..." deyə düşünə bilərlər. Bunu vurğulamaq lazımdır ki, vaxt ayırmaq dediyimiz şey yalnız uşaqğınız üçün ayırdığınız zamandır, ümumiyyətlə evdə yanınızda olması deyil. Uşaqla sadəcə bərabər olmaq üçün birlikdə olsanız o bunu hiss edəcək. Bunu bir vəzifə olaraq görmək ona bir şey qazandırmaz.Uşağınızla birlikdə keçirdiyiniz zaman ona bir şey qazandırmalıdır. Uşağınız sizə nə qədər yaxın olarsa, pisliklərdən o qədər uzaq olacaqdır. Sizinlə birgə nə qədər xoşbəxt olsa, həyatın başqa sahələrində də bir o qədər xoşbəxt və bacarıqlı  olacaqdır. Ailəsi ilə bağları nə qədər sağlam olarsa, bütün həyatı boyunca problemləri daha az olacaq və bu problemlərə qarşı daha mətin olacaqdır.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930