Uşaqla nə üçün və necə  məşğul olmaq lazımdır?

Əqli və ya fiziki qüsuru olan uşaqlara təlim verərkən biz onların dərketmə imkanlarını maksimal inkişaf etdirməyi və həmçinin bağçaya, məktəbə və sərbəst həyata hazırlığına kömək etməyi qarşımıza məqsəd qoymalıyıq. Çox zaman onların inkişafı nitqin formalaşması  ilə əlaqələndirilir. Lakin sərbəst hərəkət üçün nitqi anlamaq danışmaqdan daha vacibdir.

Biz uşağa xüsusi təşkil olunmuş məşğələni didaktik materialdan istifadə edərək masa arxasında, məişət fəaliyyətində və həmçinin oyunda tətbiq  edə bilərik. Uşaq sərbəst olaraq öz qarşısına  məqsəd qoymaq, məqsədə çatdıracaq hərəkətləri planlaşdırmaq və hər fəaliyyəti zəncirvari yerinə yetirməyi yalnız oyunda bacarar. Sujetli oyun uşağın real həyatda məqsəd və plan fəaliyyətini anlamağına imkan verir. Uşağa oyunufələrlə təkrar və şərh etmə onun lazım olan tempə düşməsinə imkan yaradar. Məs. poliklinika oyununda siz, həkim qəbulunda nə baş verə bilərsə hamısını oynayırsınız. Bundan əlavə fəaliyyətləri real  həyatdan oyuna gətirmək bacarığı abstrakt düşüncənin inkişafına gətirir. Amma, çox vaxt məşğələlərdə işlənən vərdiş elə məşğələdə də qalır, çünki məişətdə ona müraciət valideynin xüsusi diqqətini tələb edir. Baxmayaraq  ki, uşaq oyuncaqlardan düzgün istifadə edir (məs:bu maşındır və onu sürür) o, sərbəst olaraq oyununa yön, daha çətin bacarıqlar və açıq sujetlər əlavə edə bilmir. Məs.: Ayı nənəyə qonaq getməyə hazırlaşır. Maşına minir, yolda nənəyə tort və üç portağal alır,sonra maşın sınır onu təmirə aparmalı olur özü tramvaya minir və.s  Təsadüfən sujetli oyuna diqqət ayırmıram, çünki uşaqlar nə qədər oyuncaqları olsa belə özləri oynamağı öyrənə bilmirlər. Yaşıdları ilə ünsiyyət də buna kifayət etmir.Valideynlər isə çox vaxt uşaqla oynamağı xoşlamırlar.

          Məktəbəqədər uşağın inkişafının əsasını onun yaradıcılığı tutur. Uşaq ətraf mühitlə əyani şəkildə icra etdiyi hərəkətlərlə tanış olur. Ətrafda nə baş verirsə, bunlar insan üçün informasiya mənbəyinə çevrilir və o bunları ümumləşdirib istifadə edir. Əlbətdə istisna deyil ki, uşağın  informasiya, bilik alma formasının əsasını yalnız xüsusi təşkil olunmuş məşğələlər deyil, həmçinin məişət işlərində iştirak etməsi də tutur.

Didaktik məşğələləri nə zaman başlamaq olar? Uşağın sizin tapşırıqlarınızı anlaması və yerinə yetirməsi üçün  artıq bu vaxtadək sizin hər hansı bir xahişinizi yerinə yetirməyi öyrənmiş olmalıdır. Bu xahişlər çox sadə bəzən sözlə və ya jestlərlə ola bilər. Həmçinin uşaq böyükləri təqlid edə bilər. Məs: siz uşağa fincan verin və onu stolun üstünə qoymasını istəyin. Eyni zamanda öz fincanınızı necə qoyduğunuzu göstərin. Bu zaman o, öz arzu və ya vərdişini deyil, ona verilən təlimatı yerinə yetirməlidir. Beləliklə uşaq, didaktik məşğələlərə hazırlıq üçün böyüklərin sadə xahişlərini  məişət situasiyalarında etməyi öyrənməlidir. Didaktik məşğələləri adətən 2,5-3 yaşda başlamaq olar.

Hansı materialdan istifadə etmək lazımdır? Məktəbəqədər  yaşlı uşağın təlimində təfəkkür əyani və praktik xarakter daşıyır. Uşağa işlədiyi materiala toxunmaq bəzən hətda dişi ilə yoxlamaq vacibdir ki, sözü təlimatla əlaqələndirmək asan olsun və tam, dəqiq obraz yaratsın. Ona görə də məşğələlər zamanı parlaq oyuncaqlar və məişət əşyalarında istifadə etmək yaxşı olar.Məs:növləşdirmə təlimində şar və kublar, qoza və şabalıd və ya çəngəl və bıçaqdan istifadə etmək olar. Ola bilər ki, qoza və şabalıdlar uşaq üçün daha çox cəlbedici olsun. Eyni  vərdişləri (bacarıqları) işləyən zaman müxtəlif materiallardan istifadə etmək lazımdır. Rəsmlərdən uşaq artıq həmin  əşyaları tanıdıqdan sonra istifadə edilir. Sual və cavablarla təlim isə o zaman lazımdır ki, uşaq artıq kifayət qədər ümumiləşmiş və müəyyən  səviyyəyə çatmışdır. Uşaqla məşğul olmaq üçün  əsas vəsaitləri valideynlər özləri əllərində olan materiallardan  düzəldə bilərlər.

          Uşağı masa arxasında məşğul olmağa öyrətmək vacibdir. Bunun üçün  elə yaradıcılıq növü seçin ki, doğrudan da stol arxasında oturmaq tələb etsin. Siz ailəvi masa arxasında loto oynaya,rəsm çəkə və ya kublarla qala qura bilərsiniz. Lakin kublardan  ev tikmək və ya maşın sürmək yaxşı olar ki, döşəmədə olsun. Uşaqla stol ətrafında üzbəüz oturun ki, o sizi asanlıqla eşidə,hərəkət və jestlərinizi görə bilsin. Əgər onun uşaq masası yoxdursa diqqət edin ki, adi stol arxasında düz otursun. Masa onun döşü səviyyəsində olmalıdır. Verdiyiniz təlimatlar  uşağın nitqi inkişaf səviyyəsi ilə eyni olmalıdır. Qısa və aydın bəzən isə asta-asta sözləri jestlərlə möhkəmlədərək demək lazımdır. Bəzən söz yerinə ona nə etməli olduğunu göstərmək lazımdır. Mütləq  pauza verərək uşağa düşünmək və cavab vermək imkanı verin,onu tələsdirməyin. Düşünmək üçün vaxt tapmamış ona xəlvətcə pıçıldasanız bu onu yalnız çaşdıracaq.

Bütün hallarda çalışın tapşırıq bitsin. Hər masa arxası məşğələ bir neçə müxtəlif mövzu əlavə etmək olar. İlk vaxtlarda tapşırıq 2-3 dəqiqə bütün məşğələlər isə 10-15 dəqiqə vaxt apara bilər. Uşağın yaşından asılı olaraq bir tapşırıq 5-7 dəq məşğələ isə 30-40 dəq ola bilər.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2024  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031