Uşaqda depressiya

             İnsanın özünü boşluqda, qəmgin hiss etməsi, gündəlik yaşamdan zövq almama, yuxunun pozulması, iştahasızlıq depressiyanın ilkin əlamətləridir. Uşaqlarda depressiyaya aşağıdakılar səbəb ola bilər:
• ailə içi problemlər
• valideyinlərdən sevgi və diqqət görməmə
• ailə üzvləri tərəfindən təhqir və şiddət görməsi
• valideyinlərin boşanması
• xəstəlik
Depressiyadakı uşaq ailə üzvlərinin, valideyinlərin dəstəyi ilə bu vəziyyətdən çıxa bilər. Lakin bu vəziyyətdə olan uşağı psixoloqa aparmaqda böyük fayda var. Uşağı depressiyadan çıxarmaq üçün ana və ata ona sevgisini artırmalıdır. Onu uğur əldə edə biləcəyi fəaliyyət növünə cəlb etmək,tez-tez tərifləmək lazımdır. Ailədaxili problemlər uşağın yanında müzakirə edilməməlidir. Əgər depressiyaya səbəb valideyinlərin boşanmasıdırsa uşağı valideyinlərdən birini seçməyə məcbur etmək, onun yanında məhkəmə qərarı,aliment və s. kimi mövzularda danışmaq olmaz.Uşaq uzun sürən xəstəlikdən sonra depressiyaya girmişsə uşağın özünü yalnız hissetməsinin qarşısı alınmalı, onunla daha çox maraqlanmalı, çox hərəkət tələb etməyən oyunlar oynanmalı, gəzinti və dostları ilə vaxt keçirə bilməsi üçün şərait yaradılmalıdır. Əgər uşaqda depressiya yaxın adamının, ata və ya anasının ölümü ilə bağlıdırsa bu vəziyyət uzun müddətli ola bilər. Bu zaman uşağa daha çox sevgi və diqqət göstərilməli, uşaqla ölən adam haqqında yaşına uyğun bir dildə danışılmalı, ölüm hadisəsini qəbul edə bilməsinə kömək edilməlidir. Əgər bütün tədbirlərə baxmayaraq uşaqda bir irəliləyiş görülmürsə və ağır depressiya əlamətləri varsa, mütəxəssisə göstərilməsi mütləqdir.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930